İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “təbii” dostları və düşmənləri...

Bəli, dünyada maraqlı şeylər çoxdur, olduqca çox. Amma maraqlı məsələlər də iki cür olur.  Bir qrupu adamı daha çox həyəcanlandırır, digər qrupu isə əsasən düşündürür. İşin tərsliyindən son vaxtlar həyəcanlandırıcı məsələlər çoxalıbdır - hara baxırsan, müharibədir, qırğındır, hədədir, xəbərdarlıqdır. Amma ara-sıra maraqlı, düşündürücü məsələlər də olur. 

Birinə elə bu yaxın günlərdə rast gəldik. Söhbət Belarusda aparılmış bir sosioloji sorğudan gedir. Yadımda qalan o oldu ki, rəyi soruşulan belarusların yarıdan çoxu özünü ayrı millət hesab etmir, yəni ruslarla bir millət sayırlar, necə deyərlər, kəndilərini. 

Burada müqayisə üçün deyək ki, hazırda Rusiya ilə müharibə aparan Ukraynada vəziyyət heç vaxt belə olmayıb - ölkənin şərqində rus təsiri, qərbində isə qərbçilik daha güclü olsa da, bütövlükdə bütün ölkə də özünü daha çox müstəqil və ayrı millət hesab edib, daim istəyibdilər ki, özlərinin ayrıca dövlətləri olsun...

Əslində elə Belarusda da vəziyyət heç də birmənalı şəkildə “velikorus”ların istədiyi kimi deyil. Onlar da özlərini ruslarla bir millət hesab etsələr də öz dövlətlərinin olmasının əleyhinə deyillər. Hətta rəyi öyrənilənlərin çoxu belə düşünür ki, ölkə həm Rusiya ilə, həm də Qərblə münasibətlər qurmalıdır, özü də bərabər bir şəkildə, heç bir tərəfə əyilmədən... 

Prinsipcə, bu, tanış məqamdır. Məgər biz özümüz qardaş Türkiyəyə münasibətdə “bir millət, iki dövlət” demirikmi? Amma ruslar heç də qardaş Türkiyə kimi düşünmürlər. Onlar belə hesab edirlər ki, Moskva cəmi slavyan xalqları üçün mərkəz olmalıdır, özü də idarəedici. Halbuki dünyada bir neçə dövləti olan nə qədər xalq var! Məsələn, ərəblərin bir görün nə qədər dövləti var?! Onların heç də hamısı Səudiyyə Ərəbistanından, yaxud da Misirdən asılı deyillər. İnigilislərin üç böyük, hətta deyərdim ki, nəhəng dövləti var: ABŞ, Böyük Britaniya və bir də Avstraliya! Bundan başqa, ingilisdilli, eləcə də Britaniya kralının “idarəçiliyində” olan neçə-neçə dövlət var!.. 

Onların hamısı müstəqildir. Bəli, tarixdə ingilis dövlətlərinin bir-birinə qarşı müharibə apardığı vaxtlar da olubdur - məsələn, ABŞ-ın İngiltərəyə qarşı istiqlaliyyət müharibəsi apardığı vaxtlarda olduğu kimi! Amma bu, ingilis kralına qarşı müharibə idi, onun keçmiş təbəələrinin bir hissəsi müstəqil dövlət olmaq istəyirdilər...

Əlbəttə, axtarsaq, Rusiya-Ukrayna müharibəsində də oxşar detallar tapa bilərik. Ukrayna və ukraynalılar uzun müddət Rusiyanın idarəçiliyində olublar. İndi isə müstəqillik savaşı aparırlar. Bəli, onlar sözün əsl mənasında müstəqil olmaq, öz dostlarını və ya düşmənlərini özləri seçmək istəyirlər. Rusiya isə deyir ki, məndən asılı olmalısan, mən müəyyən edəcəm: sən kiminlə dost, kiminlə düşmən ola bilərsən...

Odur ki, dünya bir tərəfə, Rusiya çox təəssüf ki, hətta slavyan aləmində də ən sevilməyən ölkədir. 

Polşa, Çexiya və Ukrayna kimi slavyan dövlətləri bir tərəfə, güman ki, onları heç serblər də sevmirlər, çünki on illər ərzində onlar da Kremlin diktatını görüblər. 

“Qalır” (o, da müvəqqəti!) yalnız və yalnız Belarus. Biz hələ bir vaxt özlərini Rusiya imperiyasının ən sadiq xalqları hesab edən Ermənistan kimi keçmiş “müttəfiq”ləri demirik. Bəli, ermənilər yüz il bundan əvvəl Osmanlını necə satmışdılarsa, Rusiyanı da elə satacaqlar. Osmanlıda da onlar əvvəlcə “sadiq millət” hesab edilirdilər, türk qardaşlarımız da onları qəbul edib sığınacaq vermişdilər! Amma sonrası nə oldu? Hamıya məlumdur! Ermənilər bir vaxt ruslar və Rusiya imperiyası haqqında da belə deyirdi; Rusiya onları Cənubi Qafqaza köçürdü, azərbaycanlıların torpaqlarından onlara pay verdi! Amma indi haylar tamam başqa sevdaya düşüblər, özləri üçün daha varlı ağalar tapıblar. Odur ki, ruslar üçün də çox ciddi düşünmək məqamıdır. Qoy, oturub bir ciddi-ciddi düşünsünlər: görsünlər, kimlər onların əsl dostudur, kimlərsə düşməni?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024