Onlayn ictimai-siyasi qəzet
Növbəti il böyük bir geosiyasi arealda və ya müstəvidə seçkilər ili olacaq. Amma bu seçkilərin mövcud siyasi konfiqurasiyaları dəyişəcəyi güman edilmir.
Təkcə ABŞ-dakı seçkilərlə bağlı həmişə olduğu kimi, qeyri-müəyyənlik var. Amma bizə elə gəlir ki, Cozef Bayden hakimiyyətdən getsə, daha yaxşı olar.
Birincisi, ona görə ki, Mavr işini görüb və onun böyük siyasi səhnəni tərk etməsinin vaxtı yetişib, çünki C.Bayden azacıq olsa da, Rusiyanı zəiflətdi və onu bir sıra bölgələrdə, əsasən də Cənubi Qafqazda kiçik də olsa, güzəştə getməyə məcbur etdi. Düzdür, Rusiyanın Qafqazlardakı mövqelərinin də taleyini son nəticədə Ukrayna müharibəsi həll edəcək və hazırda ABŞ-dakı seçkilər ərəfəsində bu müharibənin taleyi bir az qeyri-müəyyən görünür. Amma bizə elə gəlir ki, indiki vəziyyətdə savaş dayansa, bu, Ukraynanın bölüşdürülməsinə gətirib çıxaracaq və çətin ki, bunu Ukrayna xalqı həzm etmiş olsun.
İkincisi, ən müxtəlif bioqrafik məlumatlara görə, bütün siyasi karyerası boyunca C.Bayden erməni diasporunun təsiri altında olub, hətta bir vaxt Azərbaycana qarşı 907-ci düzəlişin təşəbbüsçülərindən biri kimi də çıxış edib, üstəlik, o, hamı üçün “erməni genosidi” ifadəsini işlədən ilk ABŞ prezidenti kimi yadda qalıb. Ona görə də belə ehtimal olunur ki, C.Bayden və demokratlar Azərbaycan-Ermənistan münasibətlərini də özlərinin seçki platformalarının mühüm bir bəndinə çevirəcəklər, baxmayaraq ki, son vaxtlarda ABŞ-Azərbaycan münasibətlərində nisbi mülayimlik müşahidə olunur, hətta ən yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında Vaşinqtonda daha bir görüşün keçiriləcəyi bildirilir.
Amma düşünürük ki, indiki vəziyyətdə və indiki şərtlərlə imzalanmış sülh müqaviləsi çətin ki, erməni diasporunu qane etmiş olsun. Ona görə də ehtimal ki, Bayden və administrasiyası prosesi bir az uzatmağa cəhd edəcək. Amma o da var ki, mövcud vəziyyəti dəyişmək artıq Vaşinqtonun imkanları xaricindədir və Baydenin ermənilərə və erməni diasporuna təklif edəcəyi bir şey varsa, o da otuz ildən sonra nəhayət ki, əldə olunmuş sülhdür...
Digər bir aktor, Rusiya da oxşar vəziyyətdədir, bircə fərqlə ki, Moskva Vaşinqtonla müqayisədə sülhü daha çox istəmir, baxmayaraq ki, getdikcə bunu dilə gətirmək onun üçün çətin bir etirafa çevrilir. Ona görə də hazırda Kreml üçün sülhün harada imzalanması daha önəmlidir, çünki Kreml hələ də ümid edir ki, sülh sazişi onun iştirakı ilə imzalansa, Moskva üçün “tutacaq” yeri qalacaq və o, prosesi öz nəzarətində saxlayacaq. Belə ki, sülh sazişi imzalanırsa, ona “nəzarət” məsələsi də meydana gəlir. Ona görə də Bakının maraqlarına daha çox heç bir vasitəçi olmadan sülh əldə etmək ssenarisi cavab verir və bunun üçün real zəmin də vardır. Bugünlərdə Azərbaycan Prezidenti bəyan etdi ki, sülhün əldə olunması üçün heç bir maneə yoxdur. Ermənistan tərəfi də bir az da uzağa gedərək bildirir ki, saziş hətta ən yaxın günlərdə imzalana bilər, hətta belə xəbərlər yayılır ki, İrəvan Bakının təklif etdiyi beş əsas prinsipin də demək olar ki, hamısını qəbul edib...
Odur ki, siyasi təhlilçilər bu ilin sonunun və daha böyük ehtimalla növbəti ilin region üçün böyük hadisələr ili olacağını bildirirlər. Açığı, biz də ümidliyik, ona görə ki, bu yolda daha ciddi bir maneə qalmayıb və vəziyyəti yalnız fors-major hallar, məsələn, Nikol Paşinyanın hakimiyyətdən getməsi və yaxud da buna bənzər bir proses dəyişə bilər. Amma biz dəfələrlə demişik ki, Paşinyan hazırda Qərbin diqqətində olan bir adamdır və Qərb Rusiyadan fərqli olaraq həqiqətən də sülh sazişinin imzalanmasını, özü də mümkün qədər yaxın vaxtlarda imzalanmasını istəyir, sadəcə, ona çalışır ki, erməni diasporuna da demək üçün “sözü” olsun. Bu səbəbdən də Ermənistandakı vəziyyəti Moskva yalnız ən kobud üsullarla dəyişə bilər. Ona görə də nəticələrlə tələsməyək, necə deyərlər, maraqlı proseslər hələ irəlidədir. Amma Qərb də, Rusiya da bir məsələni nə qədər tez ürəkdən qəbul etsə, bir o qədər yaxşı olar: bu da odur ki, qatar çoxdan gedib, Ermənistan itirdiklərini bir daha geri qaytara bilməyəcək...
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ