Onlayn ictimai-siyasi qəzet
İranın İsrailə qarşı son raket hücumu rəhmətlik Molla Nəsrəddinin məşhur “oğruların lap atasını yandırdım, ayağımı xətdən kənara çıxardım” məsələsini xatırlatsa da, Tehran rejimi indi heç vaxt olmadığı kimi özündən çox razıdır, halbuki hamı təsdiq edir ki, İsrailə atılan raket və PUA-ların 99 faizi hələ havada zərərsizləşdirmişdi, 100 ballistik raketdən yalnız dördü İsrail ərazisinə düşmüşdü.
Odur ki, hazırda diqqətlər tamam başqa məsələlərə yönəlibdir. İran İsrailə heç bir zərər vura bilməsə də, hamı bircə sual üzərində düşünür: görəsən, Təl-Əvivin Tehrana cavabı olacaqmı?
Əvvəlcə qeyd edək ki, söhbət böyük zərbədən gedir, məhdud və kiçik zərbə isə bu günlərdə olmuşdu.
İndi bu məsələ İsrailin özündə də diskusiya olunur – biri “hə”, digəri isə “yox” deyir. Amma artıq İsrailin müttəfiqi ABŞ ona bəyan edibdi ki, İrana hücum etməli olsa, bunu təkbaşına etməli olacaq!..
Çox maraqlıdır, bəs görəsən, ABŞ niyə belə edir? Axı onunçün İran rejimilə “əlli illik hesabı” çürütmək, xüsusən Tehranın nüvə proqramına son qoymaq üçün əsl fürsət yaranıbdır!
Üstəlik, bu da diskussiya olunan məsələlərin heç də hamısı deyil. Hamını daha bir sual düşündürür: görəsən, ABŞ və müttəfiqləri Ukrayna səmasını niyə belə qorumurlar?..
Qərəz, suallar çoxdur. Başlayaq birincidən. Biz heç vaxt ABŞ-ın İrana yönəlik siyasətinin səmimiyyətinə inanmamışıq. Bizə elə gəlir ki, İran rejimi Vaşinqtona əvvəlcə SSRİ-dən, indisə Rusiyadan başqa daha bir “xortdan obrazı” kimi lazımdır – axı ABŞ cəmiyyəti, onun böyük hərbi xərcləri və xüsusən qüdrətli hərbi-sənaye kompleksi daha çox “düşmən obrazı” zəminində səfərbər olubdur!
Həm də bizə elə gəlir ki, İrandakı şah rejimi məhz ona görə qurban edildi ki, şahın vaxtında ölkə daha sürətlə inkişaf edirdi və indi belə görünür, ABŞ-a bu, lazım deyildi, ona lazım idi ki, daha bir müsəlman ölkəsi daimi sanksiyalar altında əzilsin, inkişafdan qalsın və irəli getməsin...
Amma Vaşinqtonun İrana cavab vermək istəməməsinin başqa səbəbləri də var. Ən azı beynəlxalq siyasi təhlilçilər belə yazırlar.
Məsələ bundadır ki, İsrailin səmasında yaradılan “dəmir qübbə”, xüsusən də İranın son raketlərinin zərərsizləşdirilməsi Təl-Əvivə və ABŞ-a milyardlarla dollara başa gəldi. Hətta beynəlxalq hərbi ekspertlər belə dedi ki, İranın hücumu bir neçə gün davam etsə, İsrail bunun qarşısında duruş gətirməyəcəkdir!
Həm də İranın raket hücumu dünya siyasi analitikləri tərəfindən ironiya ilə “İsrail səmasında atəşfəşanlıq” kimi qiymətləndirilsə də İsrailin bu uğurlu müdafiəsi həm də ona görə mümkün oldu ki, İranın hücumları bir az ləngidi, İsrailin və müttəfiqlərinin hazırlıq görmək üçün vaxtları oldu.
O ki qaldı Ukrayna məsələsinə, biz bu müstəvidə də səmimiyyət axtarmırıq. Əksinə, bizə həmişə belə gəlib ki, Ukrayna Qərb tərəfindən həzm olunmaq üçün çox böyük idi və istisna deyil ki, o, Qərb və Rusiya tərəfindən nə vaxtsa bölüşdürüləcək.
Belədə isə dünya analitikləri Ukrayna səmasının İsrail səması kimi qorunmamasının dörd mühüm səbəbini qeyd edirlər. Biz bu səbəblərin üzərində dayanmayacağıq və bu səbəblərə daha birini əlavə edəcəyik: hər halda, Rusiya İran deyil və Qərb dövlətləri İrana qarşı birgə savaş açmaqdan Rusiya halında olduğu qədər ehtiyat etmirlər...
Qərəz, indi hamı ciddi şəkildə gözləməkdədir. Üstəlik, daha çox adam belə düşünür ki, İsraili raket atəşinə tutmaq İran rejimi üçün bir növ prinsip məsələsi idi və xüsusən də İranın daxilində hamı gözləyirdi ki, onların daim İsrailə hədə gələn ölkələri sifətini qoruyacaqmı, Təl-Əvivə cavab verəcəkmi? Bəli, hər halda, İranın “cavabı” oldu.
İndisə növbə İsrailindir. Dedik ki, kiçik və ya məhdud hücum artıq olubdur. Böyük hücuma gəldikdə isə, dünya təhlilçiləri konkret bir söz deməyə, proqnozlar verməyə çətinlik çəkirlər. Burada həm də belə bir detal var: əslində Təl-Əviv sözünü demişdi və İran raketlərini dəf etməklə də bir daha göstərdi ki, onun Tehran qarşısında duruş gətirmək üçün xeyli resursları və əzmi var. Üstəlik, biz bu sətirləri yazanda başqa xəbər də gəldi: belə deyildi ki, guya Tehran və Təl-Əviv hücum etməmək haqda qarşılıqlı razılığa gəliblər! Nə demək olar bu haqda? Hər halda, yaxın günlərdə dəqiqləşmələr olacaqdır. Odur ki, gözləyək...
31 Mart 2025
29 Mart 2025
24 Mart 2025
22 Mart 2025
18 Mart 2025
15 Mart 2025
11 Mart 2025
08 Mart 2025
04 Mart 2025
01 Mart 2025
25 Fevral 2025
22 Fevral 2025
18 Fevral 2025
15 Fevral 2025
11 Fevral 2025
08 Fevral 2025
03 Fevral 2025
01 Fevral 2025
28 Yanvar 2025
25 Yanvar 2025
20 Yanvar 2025
18 Yanvar 2025
14 Yanvar 2025
11 Yanvar 2025
07 Yanvar 2025
04 Yanvar 2025
30 Dekabr 2024
28 Dekabr 2024
24 Dekabr 2024
21 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ