Onlayn ictimai-siyasi qəzet
Tamam mübaliğəsiz demək olar ki, bizim hamımızı Yaxın Şərq proseslərindən cəmi ikicə hadisə ayırdı. Birincisi Ukrayna hadisələri oldu ki, indi hamı maraq və intizarla Kiyevin hücumunun nə ilə bitəcəyini gözləyir, çünki belə bir hücumun arxasınca güclü bir müdafiə də gəlməlidir - ən azı ona görə ki, düşünürük, Kursk istiqamətindəki əməliyyatlar ukraynalılar üçün təkcə ötəri taktiki, bir növ, çaşdırıcı, diqqətyayındırıcı hərbi plan və yaxud da təşəbbüs kimi əhəmiyyət kəsb etmir, ümid edirik ki, onlar burada möhkəmlənməyə çalışacaqlar ki, ruslarla mümkün danışıqlarda mövqeləri güclü olsun ki, gələcəkdə öz maraqları naminə yaxşı sövdələşə bilsinlər.
Amma digər bir olay da bundan heç də az maraq kəsb etmədi. Bəli, bütün bu günlərdə diqqətlər həm də bizim qonşu İranda idi. Təkcə ona görə yox ki, hamı Tehranın Təl-Əvivə qarşı necə hərəkət edəcəyini gözləyirdi, həm də ona görə ki, İranla bağlı az qala, bütün proseslərdə biz yada düşürük – bu ölkəyə bir az “vaxtsız” yağış yağanda da bəzilərinin yadına Azərbaycan düşür, bir az güclü külək əsəndə də düşünürlər ki, bu, yalnız və yalnız qonşu Bakının “əməli” ola bilər!..
Min təəssüf ki, elə bu dəfə də belə oldu. Biz bu məsələnin üzərində xüsusi dayanmayacağıq. Fəqət, bu dəfə də İranın ən yüksək rəsmilərinin, hətta yenicə seçilmiş prezidentinin də adından belə bir “təklif” yayıldı ki, bəs, gəlin İsraili yox, onun qonşu ölkələrdəki “baza”larını vuraq və dərhal da məlum oldu ki, guya ki, bu “baza”lar çox da uzaqda yox, elə bizim Azərbaycanda yerləşib!..
Bir daha deyirik ki, bu mövzunun üzərində çox da dayanmayacağıq, çünki o, ən azı bizə məlum olduğu qədər, rəsmi şəkildə nə təkzib, nə də təsdiq olunmasa da, hamı belə hesab etdi və qərara gəldi ki, o, növbəti feyk və yaxud yanlış xəbərdir və məqsəd də budur ki, Bakı ilə Tehranın münasibətləri soyusun...
Olsun. Biz də cənub qonşumuzla münasibətlərin yalnız və yalnız yaxşı olmasını istəyirik və bir cümlə ilə onu qeyd edirik ki, İran üçün nə vaxtsa problem gec-tez daim şübhə etdiyi Azərbaycandan yox, daha çox inandığı və etibar etdiyi, hətta daha isti münasibətlərdə bulunduğu Ermənistandan gələcək, ən azı ona görə ki, ABŞ hərbçilərinin sorağı indi Azərbaycandan yox, Ermənistandan gəlir...
Amma İran müstəvisində diqqət çəkən, ən azı daha çox maraq doğuran məsələ bir qeyri olaydır.
İranda indi yeni hökumət qurulur və maraqlıdır ki, bu proses güclü, gurultulu istefa ilə olmasa da, hər halda, kifayət qədər müzakirəyə səbəb olan bir istefa nəzərləri özünə cəlb etdi - seçki dövründən başlayaraq indiki prezident Məsud Pezeşkianın ən yaxın adamlarından biri olan strateji məsələlər üzrə vitse-prezident Cavad Zərif cəmi onca gün yeni hakimiyyətdə təmsil olunandan sonra istefa verdi və bunun səbəbini dolayı yolla mühafizəkarların təzyiqilə, ürəyi istəyən, daha proqressiv hökumət siyahısı tərtib edə bilməməsilə izah etdi.
Prosesi şərh edən təhlilçilərin çoxu Cavad Zərifin timsalında yeni hökumətin ən güclü islahatçılardan birini itirdiyini dedi, çünki onun bu vaxta qədər Qərblə danışıqlar tərəfdarı olan bir diplomat kimi yadda qaldığı qeyd edildi. Bizə isə başqa bir detal da maraqlı göründü: indiki prezident Zərifə əvvəlcə xarici işlər naziri postunu vəd etmişdi. Amma biz Zərifi başqa postda gördük. Sual olunur: bu da mühafizəkarların təzyiqi idi, yoxa Məsud Pezeşkian özü belə istəmişdi? Bəlkə elə Zərifi istefaya vadar edən onun özünün yeni hakimiyyətdəki statusundan razı qalmaması idi? Hər halda, bu sual bizim üçün qaranlıq qalır...
O ki qaldı İsrailə hücum məsələsinə, bunun hələ də baş verə biləcəyi istisna olunmur. Amma bizə elə gəlir ki, İsmayıl Haniyənin ölümündən vaxt keçdikcə bunun ehtimalı azalır, çünki məsəl var, deyirlər ki, bəs, zaman bütün yaraları sağaldır. Amma burada daha bir neçə detal rol da oynaya bilər.
Birincisi, biz irəlicədən İranın İsrailə qarşı ən azı güclü zərbəsinin olacağını güman etmirdik, çünki bir neçə ay bundan əvvəl də Tehranın zərbəsi demək olar ki, simvolik olmuşdu. İkincisi, səhv etmiriksə, hazırda HƏMAS-la İsrail arasında danışıqlar gedir və Tehran güman ki, hərəkətlərini müttəfiqi HƏMAS-la koordinasiya edir. Nəhayət, üçüncüsü, elə ilk günlərdən belə xəbər yayıldı ki, İsrailə hücumla bağlı yeni prezidentlə ali dini lider arasında fikir ayrılığı yaranıb – Pezeşkian belə hesab edir ki, İsrailə hücumun İran üçün çox acı nəticələri ola bilər.
Ali dini rəhbərin prezidentlə razılaşdığı deyilmədi, amma o, Pezeşkiana opponentlik də etmədi. Düzdür, belə məsələlər səs-küylü şəkildə müzakirə olunmur, amma S.Ə.Xameneyinin də mövqeyi mətbuata sıza bilərdi. Fəqət, belə olmadı. O vaxt yazmışdıq ki, susmaq adətən, razılıq əlaməti kimi yozulur. Bəlkə elə doğrudan da belədir? Bəlkə elə İsrailə doğrudan da heç bir hücum-filan olmayacaq?..
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ