İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın növbəti hakimiyyəti kim olacaq?..

 

Həftə ərzində Tiflis baş nazir İrakliy Qaribaşvilinin istefası ilə siyasi gündəmə gəldi. Yox, Qaribaşvili siyasətdən tamam getmədi, onu hakim partiyaya başçılıq etməyə göndərdilər.

Amma bizə elə gəlir ki, hələ bu da hamısı deyil. Bu il qonşu Gürcüstanda da həm parlament, həm də prezident seçkiləri olacaq və əgər prezident seçkilərini götürsək (hərçənd, onların nə vaxt keçiriləcəyi hələ dəqiq məlum deyil. Parlament seçkiləri isə onlardan fərqli olaraq, bu ilin oktyabr ayında baş tutmalıdır. Üstəlik, parlament əsasən proporsional sistem əsasında seçilsə də, prezidenti bu dəfə “seçicilər kollegiyası” seçəcəkdir – onların bir hissəsi parlament üzvlərindən, qalanları isə regionların təmsilçilərindən təşkil olunacaq), güman, hakim “Gürcü arzusu” partiyası hələ də fransalı olan indiki prezident Solome Zurabişvilidən birdəfəlik yaxa qurtarmağa çalışacaq, çünki onların iddiasına görə, xanım prezident “siyasi subordinasiya qaydalarını” elə də gözləmir.

Fəqət, prezident Solome Zurabişvilini böyük siyasətdən yola salmaq hakim siyasi elitanın minimum hədəfidir. Onların maksimum planı isə prezident postuna da yiyələnmək və ən əsası da parlament seçkilərini udmaqdır. Xüsusən də nəzərə almaq lazımdır ki, onların bütün bu siyasi marafonda əsas rəqibləri eks-prezident M.Saakaşvilinin başçılıq etdiyi “Milli hərəkat” olacaq.

Odur ki, İrakliy Qaribaşvilinin istefası elə də təəccüblü görünmədi. Birincisi, ona görə ki, seçki ərəfəsində hakim partiyanı daha da gücləndirmək və səfərbər etmək məsələsi var. İkincisi, istisna deyil ki, “Gürcü arzusu” partiyasının, məsələn, növbəti prezidentliyə namizədi elə cənab İrakliy Qaribaşvili olacaq.

Amma bu xüsusda başqa söhbətlər və ehtimallar da dolaşır. Bəzi mənbələr Gürcüstanın hakim siyasi partiyasının məşhur “boz kardinalı” B.İvanişvilinin də siyasətə qayıtmaq istəyindən xəbər verir. Belə iddia olunur ki, gürcü milyarderi bunu xalqını çox istədiyindən edir – belə ki, guya onu silahdaşlarının korrupsiyaya qurşanması təhlükəsi narahat edir.

Bütün bu maraqlı məqamlara prinsipcə, ən yaxın günlərdə də aydınlıq gələ bilər. Cənab İvanişvililə bağlı daha bir proqnoz var. Belə deyilir ki, o, hazırda Fransada yaşayan oğlunu da Gürcüstan siyasətinə gətirmək, onu hətta nazir etmək fikrindədir.

Hərçənd, “boz kardinal”ın oğlu çox asanlıqla deputat da olar. İndi görək, bunların hansı çin olacaqdır? Bu sualın cavabını bir –iki gün, hətta bir il gözləmək lazım gələ bilər - hər şey “kardinal”ın istəyindən, onun oğlunu harada görmək arzusundan asılı olacaq...  

Qərəz, qonşumuz ciddi siyasi proseslər ərəfəsindədir. Bəs ümumiyyətlə götürsək, Gürcüstanda siyasi vəziyyət nə yerdədir?

Ötən ilin sonunda ölkə Avropa İttifaqına namizəd – dövlət statusu aldı və gürcülər bunu böyük bayrama çevirdilər. Qeyd edək ki, bu prosesdə geosiyasi motivlər, Rusiya-Qərb qarşıdurması da az rol oynamadı, çünki Avropa İttifaqının ondan çox tələbindən Tiflis yalnız bir neçəsini yerinə yetirmişdi. “Gürcü arzusu” özünə əziyyət verib hətta sabiq prezident Mixeil Saakaşvilini belə azad etməmişdi...

Amma burada bir məqam var. Bəzi təhlilçilər hələ də hakim Gürcüstan partiyasını Rusiya ilə bağlayır. Belədirmi? Düşünmürük. Bir neçə il hakimiyyətdə olsa da “Gürcü arzusu” Tiflisi Moskva ilə yaxınlaşdırmaq üçün real olaraq heç bir addım atmayıb. Üstəgəl, Rusiyanın Ukrayna ilə müharibə apardığı və müharibə dediyi bir vaxtda Gürcüstanla Rusiya arasındakı münasibətləri bir az mülayimləşdirmək heç də məntiqsiz olmazdı və “Gürcü arzusu” da faktiki olaraq belə edir, daha dəqiq desək, özünün bu fikirdə olduğunu göstərməyə çalışır. Bizə elə gəlir ki, Tiflisin namizəd –dövlət statusunu Kiyevdən və Kişinyovdan sonra, özü də bir il sonra alması həm də bununla bağlı idi – Gürcüstan Qərbin Rusiyaya qarşı sanksiyalarına dəstək vermədi və həm də Moskva ilə aviareysləri bərpa etdi ki, bu da Vaşinqtonun və Brüsselin böyük narazılığına səbəb oldu.

Bundan sonra düşündük ki, Tiflisə, ümumiyyətlə, namizəd-dövlət statusu verilməyəcək. Amma verildi və görünür, Qərb də qərara gəldi ki, hakim “Gürcü arzusu” partiyasına, eləcə də bütövlükdə ölkəyə çox da təzyiq etmək olmaz, çünki bu, onları Rusiya ilə daha ciddi inteqrasiyaya sürükləyər.

Həm də hakim “Gürcü arazusu”nun Avropa İttifaqı və NATO ilə bağlı planları ciddiliyini və aktuallığını itirsəydi, onlar namizəd-dövlət statusunu almağa çalışmazdır. Amma çalışdılar: Brüsselin məlum qərarından sonra gürcü hökuməti bəyan etdi ki, biz bu statusu almaq üçün bir il gecə və gündüz çalışmışıq...

O ki qaldı qarşıdan gələn “ikiqat” seçkilərə, xüsusi halda, prezident seçkilərinə (bizə elə gəlir ki, oktyabrda keçiriləcək parlament seçkilərini yenə də “Gürcü arzusu” partiyası udacaq və ya onun ən azı hökumət qurmaqçün koalisiya yaratmaq imkanları olacaq!), Solome Zurabişvili  hakim partiya ilə müxalifət arasında bir növ (kövrək də olsa!) balans yaradırdı. Odur ki, onun müxalif qüvvələr tərəfindən müəyyən dəstəyi var. Amma bu, hakim “Gürcü arzusu” partiyasına prezident postunu da ələ keçirməyə mane ola biləcəkmi?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024