Onlayn ictimai-siyasi qəzet
Bəli, Gürcüstanın baş naziri İrakli Kobaxidze belə deyir: onun sözlərinə görə, ölkəsi hər şeyə, o cümlədən Qərbin, Avropa İttifaqının və NATO-nun bütün təzyiqlərinə hazırdır...
Qərb isə qonşu Gürcüstana qarşı təzyiq müxanizmlərini artıq işə salmaqdadır: bu yaxınlarda bildirildi ki, Avropa İttifaqı Tiflis ilə inteqrasiya prosesini dondurur, NATO bu ölkə ilə bütün əməkdaşlıq planlarını təxirə salır.
Amma bütün bunlar ölkənin hakim partiyasını, belə çıxır ki, qətiyyən narahat etmir. Ona görə də suallar yaranır.
Doğrudanmı, Gürcüstanın bütün bu əngəlləri yaşamasına dəyərdi? Doğrudanmı, Qərb Gürcüstan üçün təkcə Avropa İttifaqına və NATO-ya nə vaxtsa inteqrasiya olunmaq haqqında vədlər deməkdir?
Doğrudanmı, Gürcüstan bu qədər böyük və mühüm ölkədir ki, onun “milli təhlükəsizliyi” belə önəm kəsb etsin, ölkə özünü hətta dost və müttəfiq saydığı Qərbdən də qorumalı olsun?
Başlayaq sonuncu sualdan. Birmənalı şəkildə demək olar ki, Bidzina İvanişvilinin hakimiyyətdə olan “uşaqları” Gürcüstanın “milli təhlükəsizliyi” deyəndə əslində hər şeydən çox öz təhlükəsizliklərini düşünürlər və narahatdırlar ki, birdən oktyabrda keçiriləcək parlament seçkilərində məğlub olarlar, ona görə ki, Gürcüstanda seçkiləri tamam saxtalaşdırmaq elə də asan deyil, bunun qarşısında müxalifət partiyaları və gürcü hakimiyyətinin xarici agentlər haqqında qanunla nəzarətə götürmək və necə deyərlər, axırına çıxmaq istədiyi QHT-lər, müstəqil media var...
O ki qaldı Qərbin Gürcüstan üçün nə olmasına, yenə də birmənalı şəkildə belə demək olar ki, bu ölkə bu vaxta qədər Qərbin sayəsində mövcud olub. Rusiya-Gürcüstan müharibəsi zamanı Qərbin birbaşa səyləri olmasaydı, Moskva bir neçə saatın içində Tiflisi götürəcəkdi və artıq bu şəhərin 60 kilometrliyində idilər. Düzdür, indiki gürcü hakimiyyəti bütün bunları keçmiş prezident Mixeil Saakaşvilinin təxribatı sayır və belə hesab edir ki, guya Saakaşvili və onun dostu Qərb olmasaydı, Tiflis Abxaziyanı və Cənubi Osetiyanı itirməzdi! Amma həqiqətdə belədirmi?
Birincisi, o vaxta qədər bu iki bölgə, Abxaziya və Cənubi Osetiya Gürcüstanın nəzarətində idimi? Əlbəttə ki, yox! Bu bölgələrə hələ Eduard Şevardnadzenin vaxtında Rusiya sülhməramlıları nəzarət edirdi və abxazlar, osetinlər mərkəzi Gürcüstan hakimiyyətini heç saya salmırdılar! Üstəlik, E.Şevardnadzenin vaxtında nəinki Abxaziya və Cənubi Osetiya, heç Acarıstan da Tiflisin nəzarətində deyildi. Acarıstanda da o vaxt Rusiyanın adamı olan Aslan Abaşidze ağalıq edirdi– hər halda, Gürcüstandan qovulandan sonra bu adam Rusiyaya getdi, halbuki Acarıstanda adını “baba” qoymuşdu. O vaxt hamı deyirdi ki, Şevardnadzenin hakimiyyəti Tiflisdən o yana getmir. Qərbçi Saakaşvili ən azı Acarıstanı Gürcüstana qaytardı! Amma o, bunu Cənubi Osetiya və Abxaziya ilə bağlı edə bilmədi. Nə etmək olar? İvanişvili və “uşaqları” bu neçə ildə bu iki bölgəni Rusiyadan ala bildimi? Bəs deyirdilər, guya, Rusiya Saakaşviliyə görə Gürcüstana acıqlıdır? İndi ki, M.Saakaşvili yoxdur, bu azmış kimi, Tiflisdə həbsdədir! İvanişvili niyə Abxaziyanı və Cənubi Osetiyanı Rusiyadan almadı?
Üstəlik, “İvanişvili siyasi dəstəsi” indi də gürcü xalqının son on illərdəki ən böyük nailiyyətini – Avropa və Qərblə əməkdaşlığı, bu istiqmatə inteqrasiya üçün etdiklərini onun əlindən alır. Bir millətə qarşı bundan artıq pislik ola bilərmi? Saakaşvilini devirəndə deyirdi ki, Rusiya ilə münasibətləri yoluna qoyacaq! Amma qoydumu? Ruslar hələ də deyirlər ki, Ukraynadan sonra Gürcüstanla haqq-hesab çəkəcəklər! Elə bu səbəbdən də bilmək olmur ki, Kobaxidze “Gürcüstan hər şeyə hazırdır!” deyəndə nəyi nəzərdə tutur? Hakim “Gürcü arzusu” Gürcüstanı Rusiya ilə dost edə bilmədi, indi də Qərbi - ABŞ-ı və Avropanı onun əlindən alır, Gürcüstana düşmən edir! Budurmu “hər şeyə hazır olmaq”?
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ