İnsanlara hürriyət, millətlərə istiqlal!

Daim qınadığımız Qərb bu dəfə necə hərəkət etdi?..

 

Bəli, çox mümkündür və heç də istisna deyil ki, hər şeyi tamam nəzərdə saxlaya bilmədik, hansısa başqa siyasi detallar diqqətimizdən qaçdı, amma Azərbaycan-Ermənistan-Qərb müstəvisində son vaxtlarda baş verən prosesləri maksimum dərəcədə diqqətlə izləməyə çalışdıq.

Odur ki, əsasən götürdükdə, bir tendensiyanı sezməmək mümkün deyil – Avropa İttifaqı da daxil olmaqla bir çox Qərb dövlətləri dörd kəndin Azərbaycana qaytarılmasını, delimitasiya və demarkasiya məsləsində nəhayət ki, Bakının və İrəvanın ciddi şəkildə irəliləməsini yüksək qiymətləndirdilər və buna dəstək verərək alqışladılar.

Əlbəttə, bir daha deyirik: tamamilə mümkündür ki, bu əsas tendensiyadan da lokal kənaraçıxmalar oldu, amma bötüvlükdə münasibət pozitiv oldu. Bəli, bu detalın özü bir daha göstərdi ki, Qərb heç də regionda sülhün əleyhinə deyil və bölgədə əmin-amanlığın və stabilliyin bərqərar olmasında maraqlıdır.

Heç sözsüz, Qərb dövlətləri çox istərdi ki, ermənilər keçmiş Dağlıq Qarabağı tərk etməsinlər, hətta çox arzulayardılar ki, Dağlıq Qarabağ ermənilərinə müəyyən status da verilsin. Əslinə qalanda, bu, heç də onların özünə lazım deyil, onlar üçün vacibdir ki, ölkələrindəki erməi diasporlarına demək üçün sözləri olsun.

Belədə isə bir daha deyirik ki, xanım Mariya Zaxarovanın iddia etdiyi kimi Qərb heç də Cənubi Qafqazda hansısa məkrli planlar qurmağa can atmır. Yox, onlar da maraqlıdır ki, regionun münaqişədə olan iki ölkəsi arasında normal münasibətlər qurulsun ki, Qərb regionda öz planlarının növbəti mərhələsinə keçə bilsin.

İndilik üçün demək olar ki, Qərb erməni baş naziri Nikol Paşinyanı sülhü qəbul etməyə məcbur edə bildi. Nə qədər ki, Paşinyan müharibə ritorikasına üstünlük verirdi, bir Qərb paytaxtı öz qapılarını onun üzünə açmırdı.

Bəli, vəziyyət əsasən İkinci Qarabağ savaşından sonra dəyişdi. Azərbaycanın torpaqları azad olunandan sonra Qərbdə də anladılar ki, situasiyanın normallaşması üçün real zəmin var və onlar başladılar N.Paşinyana təzyiq etməyə. Nikol onların dediklərini əsasən qəbul edib və hətta onu da gizlətmir ki, Qərb Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmasında israrlıdır.

Rusiyaya gəldikdə isə, əlbəttə, Moskvanın da siyasətində müsbət məqamlar az deyil. Bu günlərdə məlum oldu ki, Moskva öz sülhməramlı kontingentini keçmiş Dağlıq Qarabağdan çıxarmağa başlayıb. Bu o deməkdir ki, erməni revanşistlərinin son ümidləri də puça çıxdı. Amma bu qüvvələr, hansıların ki, Kremlə bağlı olmasına heç bir şübhə yoxdur, Ermənistanda suyu bulandırmaqda davam edirlər. Sözsüz ki, bu, siyasi özfəaliyyət də ola bilər – mümkündür ki, bütün bunlar erməni revanşistlərinin öz təşəbbüsüdür və onlar sadəcə, yaranmış situasiyadan öz maraqları üçün yararlanmağa çalışırlar...

Biz sözlə, regionda çox mürəkkəb proseslər gedir. Amma ümumi tendensiya ümid üçün zəmin yaratmağa imkan verir – proseslər göstərir ki, Qərb də, elə erməni baş naziri Nikol Paşinyan da əsasən sülhə köklənib. Əlbəttə, N.Paşinyan üçün də asan deyil. Revanşist müxalifətin qalıqları bir tərəfə, kilsə də erməni baş naziri Paşinyana qarşı ciddi-cəhdlə iş görməkdədir və narahatlıq yaradan da elə budur – son illərdəki proseslər göstərdi ki, revanşist müxalifətin ictimai dəstəyi yoxdur, amma bunu çox təəssüf ki, erməni kilsəsi haqda demək olmur. Kilsənin ermənilərə həmişə güclü təsiri olub. Amma ümid edək ki, Ermənistanda bu dalğa da sovuşacaqdır.

Əlbəttə, qalan üç kəndin qaytarılmasında müəyyən problemlərin ola bilməsi istisna olunmur. Fəqət, bizə elə gəlir ki, erməni baş naziri Nikol Paşinyanın da vəziyyətinə anlaşıqla yanaşmaq lazımdır – o, bircə günün içində yüz il ideoloji zəhərə məruz qalmış ermənilərdən sülh göyərçini düzəldə bilməz, hər şey tədricən, səbirlə olmalıdır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024