İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir müharibə olacaqmı?.

Bəri başdan deyək ki, böyük hesabla Bakı bunun əleyhinədir. Amma insanlarımızın bir hissəsi, özü də böyük bir hissəsi belə hesab edir ki, otuz illik üzücü danışıqlar bizə bir nəticə vermədi, işğal altındakı torpaqlarımızı yalnız ordumuzun şücaəti sayəsində azad etdik. Odur ki, daha bir neçə ili keçmiş Qarabağın erməni separatçıları ilə danışıqlara sərf etməyə dəyməz – anti-terror əməliyyatları labüddür və onları yubatmağın mənası yoxdur, nə qədər tez olsa, bir o qədər yaxşıdır.

Qeyd edək ki, BMT TŞ-dakı son müzakirələrdən sonra bu cür yanaşmalar bir az da qətiləşib – belə söylənir ki, dünya birliyi və böyük dövlətlər də bizim problemimizə anlaşıqla yanaşırlar və bizim qarşımızda sonuncu maneəni də dəf etmək üçün elə bir əngəl yoxdur.

Üstəlik, burada daha bir məqam var: Paşinyan keçmiş Dağlıq Qarabağdakı hərbi birləşmələri çətin ki, könüllü şəkildə oradan çıxarıb Ermənistanda yerləşdirsin, yox, bu, onun özü üçün problem olardı – bu birləşmələri erməni baş naziri yalnız və yalnız tərksilah edərək Dağlıq Qarbağadan çıxarardı. Bu isə elə də asan bir məsələ deyil, çünki söhbət minlərlə silahlı adamdan gedir, hansıların ki, bir hissəsinin geriya yolu qalmayıbdır. Ona görə ki, bu adamları törətdikləri vəhşiliklərə görə yalnız bircə aqibət gözləuir: o da hüquqi təqibdir və aydın məsələdir ki, Azərbaycan bunu axıradək davam etdirəcəkdir...

Əlbəttə, bütün bu deyilənlərlə razılaşmamaq mümkün deyil. Heç kim inkar edə bilməz ki, biz ərazilərimizin böyük bir hissəsini şanlı ordumuzun qəhrəmanlığı nəticəsində azad etdik. Aydın məsələdir ki, ordumuz daha bir qəhrəmanlıq səhifəsi yazmağa hazırdır. Amma biz burada bir detalı da qeyd etməliyik. İkinci Qarabağ savaşında əgər Rusiyanın loyallığı olmasaydı, Rusiya qismən də olsa, loyal mövqe tutmasaydı, bizim üçün bir az çətin olardı, proses ən yaxşı halda uzanardı. Ona görə də bu detalı heç vaxt yaddan çıxarmamalı və bir gözümüz Rusiyada olmalıdır. Biz separatçıların boynuna ilgəyi artıq keçirmişik, amma onu birdən dartmaq olmaz, ən azı ona görə ki, burada Rusiya amili də var. Başqa ölkələr çox atılıb-düşə bilərlər, amma onların bölgədəki hərbi-siyasi teatrda dəyişiklik etmək üçün real imkanları yoxdur, Rusiyanın isə belə imkanları var – baxmayaraq ki, o, hazırda daha bir müharibə ilə, Ukraynadakı müharibə ilə məşğuldur. Bəs onda nə etməli? Bizim heç bir imkanlmız qalmayıbmı?
Yox, qalıbdlr. Qardaş Türkiyədən nümunə götürməliyik. NATO-nun sonuncu Vilnüs sammitində prezident

Rəcəb Tayyib Ərdoğan ölkəsinin NATO-ya yeni üzvlərin qəbul olunmasına “hə” deməsinin qarşılığında Ankaranın Avropa İttifaqına inteqrasiyasını sürətləndirməyi tələb etdi. Bu, faktiki olaraq NATO-ya təzyiq idi. Biz də belə etməliyik, Moskvaya təzyiq göstərməliyik.

Hazırda Azərbaycanla Rusiya arasında bir balans var. Rusiyanın bizdən istəyi nədir? Odur ki, Bakı Gürcüstan kimi NATO-ya və Avropa İttifaqına can atmasın! Bakı bununla razılaşıb. Amma biz arabir Kremlə təzyiq etməli, bizim maraqlarımız təmin edilmədiyi halda NATO və Aİ haqqında düşünəcəyimizi, Qərbə tərəf inteqrasiya etmək imkanlarını axtaracağımızı onun nəzərinə çatdırmalıyıq. İnanın, bunun təsiri olacaq.

Sözsüz ki, bizim daha bir resursumuz var. Bu da qardaş Türkiyədir. Bu yaxınlarda Türkiyə prezidenti Kremlin yadına saldı ki, o, 2025-ci ildə öz “sülhməramlıları”nı Azərbaycanda çıxarmalıdır. Sözsüz ki, bu da daha bir təzyiq rıçaqıdır. Məsələ bundadır ki, Azərbaycan Rusiya üçün böyük hərbi təzyiq amili olmasa da, bunu Türkiyə haqqında demək olmaz – xüsusən də indiki vaxtda, Moskvanın Ukrayna ilə müharibə apardığı bir dönəmdə. Hamı Türkiyəni həm Qərb, həm də Rusiya üçün eyni dərəcədə etimadlı bir tərəfdaş hesab edir. Odur, Rusiya Türkiyəni itirmək istəməz.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024