Onlayn ictimai-siyasi qəzet
Hamıdan əvvəl Ermənistan özü üçün nəticələr çıxarmalıdır. İrəvanda başa düşməlidirlər ki, nə qədər ki, sülh sazişi imzalanmayacaq o, bu prosesin ən əsas dividentlərindən məhrum olacaq – kommunikasiyalar açılmayacaq, Ermənistana qarşı blokada götürülməyəcək.
Ona görə də qardaş Türkiyə və Azərbaycan tələsməməlidirlər, Ermənistana qarşı bir az da təzyiq göstərilməlidir, çünki İrəvan hələ də özünün təcavüzkar siyasətindən əməli olaraq əl çəkməyibdir.
Düzdür, İrəvan sülh məzmunlu bəyanatlar verir. Onlardan biri elə bu günlərdə, Tiflisdə keçirilən Beynəlxalq İpək yolu forumunda səsləndi – bəli, Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etdi ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, özü də 1991-ci ilin Alma-Ata prinsiplərinə uyğun olaraq.
Bir daha qeyd edək ki, belə hal birinci dəfə baş vermir – Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Bu dəfə isə prosesdə başqa məqamlar da var idi.
Ən birincisi bu idi ki, erməni baş naziri MDB-nin daha bir tədbirindən imtina edərək Tiflisdəki foruma qatılmışdı. Bunun özü də region dövlətlərinə, xüsusən də Moskvaya işarə olmaqla bahəm həm də onun göstəricisi idi ki, İrəvan bununla özünü regional siyasətinə dəyişiklik etmək istədiyini göstərmək istəyirdi. İkincisi, Paşinyan bildirdi ki, Bakı və İrəvan artıq yaxın bir-iki ayda sülh sazişi imzalaya bilər.
Bəs onda problem nədədir? Rəsmi Bakının Tiflis Forumundakı təmsilçisi bəyan etdi ki, saziş imzalamaqla bağlı Bakının çoxdan prinsipial razılığı var və o, qarşı tərəfin – İrəvanın sözdən əmələ keçməsini gözləyir. Ona görə də bir daha soruşuruq: bəs onda problem nədədir?
Əvvəlcə onu qeyd edək ki, Paşinyanın bəyanatları sıradan bir hadisə deyil. Unutmayaq ki, bu ölkədə birinci prezident Levon Ter-Petrosyan bircə məqaləyə görə istefaya göndərilmişdi. Unutmayaq ki, burada bir neçə il bundan əvvəl demokratik yolla seçilmiş parlament gülləboran edilmişdi. Amma Paşinyan Tiflis bəyanatı ilə birlikdə Qərb nəşrlərindən birinə verdiyi müsahibəsində Rusiyanın ünvanına xeyli tənqidi fikirlər səsləndirmiş və Rusiya qoşunlarının 2044–cü ilə qədər Ermənistanda qalmasına elə bir zərurət olmadığını bildirib.
Bütün bunlar bir daha deyirik ki, adi siyasi hadisə deyil. Xatırladaq ki, ermənilərin milli-azadlıq hərəkatı belə Rusiyaya qarşı olmamış və həmişə özünün kremlpərəst mövqeyi ilə seçilmişdi. İndi isə bunun əksi baş verir. Amma burada bir məqam var. Bir vaxt Azərbaycan-Ermənistan münaqişəsindən söz düşəndə deyilirdi ki, problem ona görə həll olunmur ki, Bakı və İrəvan fərqli geosiyasi müstəvilərdə yerləşirlər.
İndi mövcud geosiyasi konfiqurasiya dəyişir, Ermənistan tədricən Qərbə tərəf dreyf edir. Azərbaycanın bu və yaxud digər geosiyasi qütbə tərəf hərəkət etdiyini demək hələ tezdir, amma Bakı bir məsələdə Moskvaya vasitəçi olmamalıdır – bu da odur ki, Kremlin xəyalından arabir İrəvanı Bakının əlilə cəzalandırmaq keçir. Bu məsələdə tələsməməliyik– Qərbin, NATO-nun sorağı Mərkəzi Asiyadan, Astana şəhərindən gəlir.
Hazırda bölgədə çox mürəkkəb proseslər gedir. Aydın məsələdir ki, Moskva Ermənistandan getməyə tələsmir. Elə bu günlərdə bəyan edildi ki, o, Qafanda öz konsulluğunu açmaq istəyir. Demək olmaz ki, Kremlin bu bölgədəki problemləri həll etmək üçün diplomatik resursları məhduddur – yox, əlbəttə ki, belə deyil, sadəcə, Kreml bütün vasitələrlə bölgədə mövcudluğunu artırmağa çalışır. Amma Paşinyan da ölkədə Rusiyanın təsirlərini azaltmaqda israrlı görünür. Bu prosesdə biz ona heç də mane olmamalıyıq. Ən azı ona görə ki, indi taktiki mülahizələrdən biz özümüzü Rusiyanın strateji müttəfiqi hesab edə bilərik. Amma gəlin unutmayaq ki, reallıqda belə deyil. Bizim bölgədə bir taktiki və strateji müttəfiqimiz var və bu da qardaş Türkiyədir...
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ