Onlayn ictimai-siyasi qəzet
Rusiyanın ən böyük problemi bəlkə də ondadır ki, hansısa tanınmış politoloq avtoritarizmin mənbəyi və mənşəyi haqqında sanballı yazı yazır, dünyadakı nümunələri bir-bir təhlil edir, amma ölkəsinin adını çəkmir, ona bircə cümlə ilə belə toxunmur, halbuki “V.Putin avtoritarizmi” hazırda fundamental politologiyanın olmasa da, cari siyasi təhlillərin ən aparıcı mövzularından biridir.
Bəs onda görəsən, rusiyalı politoloqlar və yaxud siyasi təhlilçilər niyə belə edirlər? Bu, təkcə onların rejim qarşısındakı qorxusu ilə bağlıdırmı?
Elə məsələ də, hətta bəlkə də faciə bundadır ki, təkcə bununla bağlı deyil problem.
Əsas səbəblərdən biri həm də budur ki, təkcə dövlət adamları, siyasətçilər, diplomatlar və hərbçilər deyil, hətta ölkənin akademik zümrəsi- intellektual elitası da belə qəbul edibdir ki, Rusiya yalnız imperiya formasında mövcud ola bilər.
Maraqlıdır ki, təkcə rusiyalı müasir slavyanofillər deyil, hətta az-çox qərbçi kimi tanınan ruslar da belə düşünürlər. Hətta A.Çubays kimi qərbçi (Rusiya-Ukrayna müharibəsi başlayan kimi ölkəni tərk etdi və onun əvvəlcə Türkiyəyə getdiyi deyildi!) də deyirdi ki, Rusiya “liberal imperiya” olmalıdır, yəni iqtisadi cəhətdən liberal bazar iqtisadiyyatlı ölkə, siyasi cəhətdən isə mərkəzləşdirilmiş bir imperiya...
Bütün bunları niyə deyirik? Rusiya –Ukrayna müharibəsi dünya KİV-lərinin gündəlik predmetinə çevrilibdir, təkcə müharibə-cəbhə xəbərləri deyil, Rusiya və Ukrayna siyasətçilərinin və diplomatlarının hər kəlməsi ciddi şəkildə təhlil olunur və araşdırılır.
Ən çox da hamını bu üzücü və qanlı müharibənin “perspektivləri” maraqlandırır. Bu günlərdə Ukrayna təkcə xarici işlər naziri D.Kulebanın istefası ilə gündəmə gəlmədi, həm də prezident Volodimir Zelenski “Ramştayn”da dedi ki, bu payızda müharibəni bitirmək fikrindədirlər və üstəlik, onu da əlavə etdi ki, Rusiya ərazilərini işğal etməkdə məqsədləri gələcəkdə onları işğal olunmuş Ukrayna ərazilərinə dəyişməkdir...
Amma bunlar yaxın perspektivdə realdırmı? Doğrudanmı müharibə payızda bitə bilər? Etiraf edək ki, çox çətin sualdır. Hələlik onu demək lazımdır ki, Rusiyanın da vəziyyəti heç də ürəkaçan deyil.
Moskva Kurskun Ukrayna ordusu tərəfindən işğal olunmuş məntəqələrini hələ də qaytara bilməyib, bu isə elə də az deyil, söhbət min kvadrat kilometrdən çox ərazidən gedir! Ruslar on il ərzində səkkiz mindən çox tank və artilleriya qurğusu itiriblər...
Müharibənin artıq üçüncü ili bitmək üzrədir. İnsan itkiləri isə daha ciddidir: Rusiya bu müharibədə altı yüz min nəfərdən çox adam itiribdir! Bəlkə də buna görə Vladmir Putin bu günlərdə həmvətənlərini çoxlu uşaq dünyaya gətirməyə çağırdı, onların yadına saldı ki, bir vaxtlar Rusiya ailələrində ondan çox uşaq olardı...
Bəli, Rusiya ciddi demoqrafik problemlər yaşayır. Özü də bu, təkcə müharibə ilə bağlı deyil, iqtisadiyyat da daha artıq insan resursları tələb edir. Amma, əlbəttə, indi gündəmdə olan əsas problem müharibədir. Gəl, aydın deyil: rusiyalı analar uşaqlarını müharibəyə ürəkdən göndərirlərmi? Düşünmürük ki, kimsə buna dərhal “hə” deyə cavab versin. Belə olsaydı, ölkədə hər il hərbi çağırışla bağlı qanunvericilik sərtləşdirilməzdi!
Yazının əvvəlini nahaqdan Rusiya avtorizmindən başlamadıq – elita imperialist təfəkkürlü olsa da, onların bir qismi, xüsusən də sadə insanlar etiraz etməyə çəkinirlər.
Amma belə cəhddə bulunanlar da heç az deyil, xüsusən də bəzi tanınmışlar arasında. Məsələn, bu yaxınlarda belə xəbər yayıldı ki, tanınmış Rusiya müğənnisi Alla Puqaçova havası düşmədiyinə görə İsraildən Litvaya qayıdıbdır və onun geriyə, Rusiyaya dönmək fikri yoxdur...
Bəli, belə faktlar az deyil. Fəqət, çox təəssüf ki, biz hələ Rusiyada müharibə əleyhinə kütləvi etirazların şahidi olmuruq. Düşünmürük ki, bu, hakim zümrənin iddia etdiyi kimi, rusların “vətənpərvər” olmasından irəli gəlir. Yox, belə şey yoxdur! Hansı “vətənpərvərlik”dən söhbət gedə bilər? Doğrudanmı, onların öz slavyan qardaşları – ukraynalılar ilə belə ciddi problemləri var?
Əlbəttə ki, yox! Sadəcə, bir daha deyirik: səbəblərdən biri də həm də budur ki, Rusiyadakı siyasi rejim insanlara öz münasibətlərini daha açıq və sərbəst şəkildə bildirməyə imkan vermir...
Məsələ bundadır. Ona görə də, qoy, rusiyalı politoloqlar və siyasi təhlilçilər dünyadakı avtoritar tendensiyalardan yazanda ölkələrini də unutmasınlar, bir cümlə də Rusiyadan və Putindən, həm də rus elitasının (əsasən!) imperialsit təfəkküründən yazsınlar...
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ