İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz niyə Avropaya can atmayaq?..  

Bəlli olduğu kimi, erməni baş naziri Paşinyan və onun hökumət komandasının üzvləri tez-tez MDB və KTMT-nin müxtəlif tədbirlərini boykot edirlər. Bu, artıq yeni xəbər deyil – MDB-nin və KTMT-nin hər yeni tədbiri ərəfəsində erməni baş naziri bir bəhanə uydurur və onların işində iştirakdan yayınır. Amma bu dəfə, deyəsən, Paşinyan özünün siyasi ənənəsini pozdu və MDB dövlət başçılarının sammitinə qatılmağa qərar verdi. Amma bu həm də onunla bağlıdır idi ki, bu il Avrasiya İqtisadi Birliyində sədrlik Ermənistana keçir, hansında ki, İrəvan hələ də formal olaraq üzv kimi qalır.

Müasir Ermənistanın “geosiyasi mozaikası” haqqında çox danışılır və yazılır. Odur ki, biz problemin bu aspekti haqqında danışmayacağıq. Elə güman ki, oxucu üçün də bütöv regionda nələrin baş verməsi, məsələn, bu kontekstdə Azərbaycanın hansı siyasət yürütməsi daha maraqlıdır.

Qeyd edək ki, məhz bu həftə Azərbaycanın birinci rəsmiləri bəyan etdilər ki, Avropa İttifaqına inteqrasiya Azərbaycan üçün məqsəd deyil və Bakının, ümumiyyətlə, belə planları yoxdur. Bununla bağlı nə demək olar?

Əlbəttə, hazırda Azərbaycanla Qərbin münasibətləri elə də yüksək səviyyədə deyil və səbəbi də budur ki, ABŞ və Fransa açıq-aydın ermənipərəst siyasət yürüdür və Ermənistanı müdafiə edir. Ona görə də belə bir vəziyyətdə Bakının Qərbə inteqrasiya haqqında danışması ən azı məntiqsiz görünərdi. Amma bizə elə gəlir ki, ABŞ-ın və Fransanın Azərbaycana yönəlik indiki siyasəti müvəqqəti bir xarakter daşıyır və burada Bayden və Makron cənablarının şəxsi ambisiyaları heç də axırıncı rol oynamır. Zaman keçəcək, hər şey öz qaydasına düşəcək və necə deyərlər, hər şey öz dairəsinə qayıdacaqdır. Ona görə də biz bu kontekstdə bəzi mühüm, hətta strateji məzmunlu məqamları qətiyyən  unutmamalıyıq.

Birincisi, vaxtında Moskva bizə qarşı Dağlıq Qarabağ münaqişəsini ona görə başlatdı ki, biz Avropa strukturlarına qarşı inteqrasiya haqqında düşünməyək. İndi belə alınır ki, Moskva məqsədlərinə çatıb, belə ki, rəsmi Bakı bəyan edir ki, onun Avropa İttifaqına inteqrasiya etmək planı yoxdur.

İkincisi, belə bir məqama da diqqət yetirmək lazımdır ki, NATO-nun son sammitində bizim təbii müttəfiqimizin - qardaş Türkiyənin lideri R.T.Ərdoğan bəyan etdi ki, Ankara üçün Avropa İttifaqına inteqrasiya aktual məqsəd olaraq qalır və yeni Alyans üzvlərindən xahiş etdi ki, bu məsələdə Ankaraya yardımçı olsunlar. Bakı daim israr edir ki, onlar öz siyasətlərini Türkiyə ilə koordinasiya edirlər və bu, qarşılıqlı şəkildə baş verir. Bir daha qeyd edək ki, Türkiyə bizim təbii müttəfiqimizdir və o, NATO-nun üzvüdür və nə vaxtsa, Avropa İttifaqının da üzvü olmağı planlayır. Biz bu amili nəzərə almaya bilərikmi? Bəlkə də sırf taktiki baxımdan, yalnız müvəqqəti olaraq bilərik, amma strateji planda çətin ki!..

Bu həftə həm də bəyan edildi ki, region ölkələri Xəzər İttifaqı yaratmağı düşünürlər ki, Qərbin bu regiona müdaxiləsinin qarşısı alınsın. Amma bizə elə gəlir ki, bütün bunlar yalnız Moskvanın geosiyasi maraqlarına xidmət edir. Bəli, “dəmir pərdə” siyasəti bizə yaxşı heç nə vəd etmir, ən azı ona görə ki, Azərbaycanı Qərblə enerji sahəsində intensiv əməkdaşlıq birləşdirir. Biz bu yolun bağlanmasına göz yuma bilərikmi? Əgər belə olacaqsa, Qərbin bura yolu bağlanacaqsa, onda gələcəyin ən böyük layihələrindən birinin, Trans-Xəzər marşrutunun taleyi necə olacaqdır?..

Bir qütblü dünyada seçim olmur, burada vəziyyət özü-özünü diktə edir. Amma dünya çox qütblüyə doğru gedir. Niyə görəsən, çox qütblük haqqında söhbət gedəndə nəzərlər yalnız Rusiyaya yönəlir. Amma Çin kimi də nəhənglər var. Üstəlik, Avropa İttifaqı da əbədi olaraq ABŞ-ın “quyruğunda sürünmək” istəmir, onun da geosiyasi və geoiqtisadi ambisiyaları var. Odur ki, biz də nə vaxtsa ciddi seçim etməliyik, amma əvvəlcə bu seçimin perspektivi və optimallığı haqqında düşünməliyik...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Dekabr 2024

30 Noyabr 2024

26 Noyabr 2024

23 Noyabr 2024

19 Noyabr 2024

16 Noyabr 2024

11 Noyabr 2024

09 Noyabr 2024

05 Noyabr 2024

02 Noyabr 2024

29 Oktyabr 2024

26 Oktyabr 2024

22 Oktyabr 2024

19 Oktyabr 2024

15 Oktyabr 2024

12 Oktyabr 2024

08 Oktyabr 2024

05 Oktyabr 2024

01 Oktyabr 2024

28 Sentyabr 2024

24 Sentyabr 2024

21 Sentyabr 2024

17 Sentyabr 2024

14 Sentyabr 2024

10 Sentyabr 2024

07 Sentyabr 2024

03 Sentyabr 2024

31 Avqust 2024

27 Avqust 2024

24 Avqust 2024