Onlayn ictimai-siyasi qəzet
Əvvəlcə onu deyək ki, belə bir fikir var ki, guya jurnalistlərdən yaxşı siyasətçi alınmır. Amma bunun əksini sübut edən nə qədər misallar var! Elə götürək, dünyanın ən böyük siyasətçilərindən birini - Uinston Çerçilli. Bu adam jurnalistika ilə nəinki özünə siyasi karyera qurub, hətta bir xeyli pul da qazanıb...
Qeyd edək ki, bu, siyasət tarixində heç də yeganə hal deyil. Elə İngiltərənin özünün tarixində başqa bir böyük nümunə də var. Məsələn, daha bir böyük siyasətçi - Bencamen Dizraeli də gəncliyində yazıçı və jurnalist karyaerası qurmaq istəyibdir və yazıçı ola bilməsə də çox böyük siyasət adamı olub...
Bütün bunları niyə deyirik? Məlum olduğu kimi, Ermənistanın indiki baş naziri Nikol Paşinyan da jurnalist olub. Əlbəttə, bizim onu Çerçillə, Dizraeli ilə müqayisə etmək fikrimiz yoxdur. Amma öz ölkəsi üçün götürdükdə, Paşinyan elə də xırda siyasi fiqur deyil, ən azı ona görə ki, ondan xeyli əvvəl daha bir erməni siyasətçisi - birinci prezident Levon Ter-Petrosyan da realist siyasət yürütmək istəmişdi, amma məşhur məqaləsini yazandan sonra o, bir həftə belə hakimiyyətdə qala bilmədi!
Amma etiraf edək ki, Paşinyan da Ermənistanın siyasətini və ən əsası da ermənilərin psixologiyasını dəyişmək üçün çox böyük cəhdlər edir. Onu da bir neçə dəfə devirməyə çalışıblar, amma alınmayıb. Hazırda belə cəhdlər təzədən başlayıb və onlara keşiş Baqrat Qalstanyan başçılıq edir.
Keşişin başçılıq etdiyi siyasi etirazlar bir neçə həftədir ki, davam edir. Bəli, revanşist müxalifət, “beşinci kolon” başa düşdü ki, özləri Paşinyanı devirə bilməyəcəklər, ona görə də keşişi irəli verdilər. Səbəbi də budur ki, kilsənin ermənilərin həyatında həmişə böyük rolu olub. Ermənilərin dövlətləri olmadığı dövrlərdə, lap elə olduğu vaxtlarda da onları daha çox erməni kilsəsi idarə edib. Odur ki, Paşinyana qarşı erməni kilsəsini qoydular və indi Nikol bu vaxta qədər heç bir erməni siyasətçisinin edə bilmədiyi bir işi etməlidir - kilsəyə qalib gəlməli və onun təzyiqlərinə rəğmən hakimiyyətdə qalmalıdır.
Elə sıravi ermənilərin də payına indi çox böyük bir missiya düşür - onlar da ilk dəfə olaraq kilsənin buyurduğu kimi yox, özləri bildikləri kimi hərəkət etməlidirlər? Alınacaqmı?
Ən azı biz bu sətirləri yazana qədər keşiş Baqrat istədiyinə nəinki nail ola bilməmişdi, əksinə, onun başçılıq etdiyi etirazlar ciddi şəkildə sönməyə başlamışdı. Əslində bu etirazlar baş tutsaydı onlar hələ ötən həftə geniş vüsət alardı. Ona görə ki, Baqratın sərəncamında ötən həftə şənbə və bazar günləri vardı, insanları ən azı maraq çəkib meydanlara və küçələrə çıxarmalı idi. Amma olmadı.
Üstəgəl, Paşinyan əvvəldən çox arxayın hərəkət edir və etirazları yatırtmaq üçün ciddi təzyiq etmirdi. Hətta ötən həftə, etirazların əvvəlində o, arxayın bir şəkildə Danimarkaya - demokratiya sammitinə yollandı. Bəli, ölkə demək olar ki, keşiş Baqratın sərəncamında qalmışdı, amma o, heç nə edə bilmədi. Bundan başqa, Nikol sərhədlərin demarkasiyasından və delimitasiyasından da əl çəkmədi, prosesi davam etdirdi, halbuki bunun da onun üçün ciddi riskləri vardı...
Bir sözlə, hələ ki görünən budur ki, cəmiyyət Paşinyanı müdafiə edir, artıq kilsənin də, xüsusən də revanşist müxalifətin siyasətinə çox böyük şübhə ilə yanaşır, ona görə ki, insanlar tədricən anlamağa başlayıblar ki, on illər ərzində erməni millətçiləri, o cümlədən də erməni kilsəsi onları yanlış yollara yönəldibdir. Bəli, bir neçə gün keçəcək, keşiş Baqratın da başlatdığı “etiraz aksiyaları” ilə bağlı tam yəqinlik yaranacaq. Amma artıq indidən təhlilçilərin böyük qismi bu fikirdədir ki, qatar gedibdir - bəli, deyəsən, keşiş jurnalistlə bacarmadı...
03 Dekabr 2024
30 Noyabr 2024
26 Noyabr 2024
23 Noyabr 2024
19 Noyabr 2024
16 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
05 Noyabr 2024
02 Noyabr 2024
29 Oktyabr 2024
26 Oktyabr 2024
22 Oktyabr 2024
19 Oktyabr 2024
15 Oktyabr 2024
12 Oktyabr 2024
08 Oktyabr 2024
05 Oktyabr 2024
01 Oktyabr 2024
28 Sentyabr 2024
24 Sentyabr 2024
21 Sentyabr 2024
17 Sentyabr 2024
14 Sentyabr 2024
10 Sentyabr 2024
07 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
27 Avqust 2024
24 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ