İnsanlara hürriyət, millətlərə istiqlal!

Allahın Azərbaycana yazdığı Heydər Əliyev ssenarisi olmasaydı, nələr olmazdı…

Azərbaycanın taleyində və tarixində Heydər Əliyev möhürü var!

Bu dahi liderin hakimiyyətə qayıdışı olmasaydı, Azərbaycan məhv olacaq, param-parça ediləcəkdi.

Bugünkü Zəfərimizin, indiki qüdrətli Azərbaycanın əsasları məhz o gün atıldı.

15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycanın başına gəlməsi ilə Azərbaycanın başına gələcək daha böyük bəlaların, fəlakətlərin, müsibət və faciələrin qarşısına sədd çəkildi.

505372098_1268393854640390_965810070564355327_n.jpg (182 KB)

Gəldi - iç savaşı, parçalanmanı dayandırdı; sonra atəşkəs imzalayıb, dövlətə - millətə nəfəs aldırdı, daha sonra İrana və Rusiyaya bağlı olan hərbi-siyasi müxalifəti ustalıqla neytrallaşdırdı, Azərbaycana yön və bu yönlə irəliləmək şansı verdi.

Heydər Əliyev Azərbaycanı, onun da içində Elçibəy komandasını xilas etdi.
Qurtuluş gününü ən çox bizlər – Milli Azadlıq Hərəkatından geriyə eksponat kimi qalanlar qeyd etməliyik.

Yenidən doğuş kimi…
Heydər Əliyev Rusiyaya və İrana bağlı qiyamçıların linçindən qurtardığı normal müxalifəti, millətə səmimi bağlı olan oponentlərini qorudu, gücləndirdi, söz haqqı, mövcudluq arealı, özünüifadə imkanları verdi.

Pərən-pərən düşmüş, qaçmış, həbs olunmaq, asılmaq, öldürülmək qorxusu ilə yaşayan milli hərəkatın tanınmış simalarına toparlanmaq və Surət Hüseynov irticasına dirənmək imkanı yaratdı.

Cəmi iki ilə ölkə üçün ən böyük təhdid olan və Nazirlər Kabinetində oturaraq, hakimiyyətə ortaq olan “Lələ çetesi”ni aradan qaldırdı…

Onun yeri boş deyil; İlham Əliyev kimi müzəffər davamçısı, vəsiyyət, arzu və dualarının gerçəkləşməsi üçün əlindən gələnləri etmiş və edən; son 200 ildə Azərbaycanın başına gələn ən yaxşı hadisə olan xələfi var.

Amma Heydər Əliyevin yeri hər zaman görünür. Onun dəyəri və qədri illər ötdükcə daha çox bilinir.

Ən çox da onun zamanında güc və şöhrət tapan bizlər üçün.

Nə etdiyi, nə etmək istədiyi bir çoxları tərəfindən ancaq indi-indi anlaşılır.

Allahın Azərbaycana yazdığı “Heydər Əliyev ssenarisi”nin tam tərsi olsaydı, nələr olardı!
Və ən əsası, nələr olmazdı!

Bunları düşünüb, təhlil edəndə, hər şey aydın olur.

Allah rəhmət etsin, Ulu Öndərə, məkanı cənnət olsun.

Qurtuluş və Şuşa Bəyannaməsi günümüz qutlu olsun!


Rauf Arifoğlu, Əməkdar jurnalist

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR