İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazi ixracı

Bakıda ənənəvi beynəlxalq neft-qaz sərgisinin həmişə iyunun ilk ongünlüyünə düşməsinin, məncə, mənası vardır. Bunu fikirləşən hökumətimiz çox ağıllıdır. Nəyə görə? Ona görə ki, belə sərgi qışda olsa, camaat narazı qalardı. Orada-burada donquldanardıq: “Neçə kəndimizə qaz çəkilməyib, qazın limiti sərfəli deyil, hər ay evimizi qızdırmağa bir ətək pul xərcləyirik, hökumət isə xaricə qaz vurub, qazan doldurur”. İndi isə yay gəlib, qaz hamının yadından çıxıb. Təklif edirəm yanvarda da su sərgisi eləyək.

Lakin xarici düşmənlər, qara qüvvələr beynəlxalq tədbirlərin ard-arda düzüldüyü (Şuşada folklor festivalı, Bakıda maşın yarışı və sairə) bu günlərimizdə paytaxtda sabitliyi pozmaq qərarına gəldilər, qazilərin ƏƏSMN binasına hücumu təşkil olundu. Nazirliyin qapısı sındırılmış, içəridə polislə qucaqlaşma aksiyası təşkil edilmiş, nazirliyin mətbuat katibi Fazil müəllimin yaxası əldə qalmışdır, nisbi sakitlikdir, danışıqlar davam edir. Qazini qucaqlayan polisə medal verilməsi üzərində də müvafiq işlər aparılır. Hamımızı kövrəltmişdir. Yaxşı qahımı olsa bəlkə müvafiq bir nazir qoyduq. Hamısı müvafiq tədbirlərdir.

İkincisi (doğrusu, birincisi hara getdi heç bilmirəm), problemin bu hala gəlməsi müvafiq orqanların hərəkətsizliyi, “əlilliyi” üzündəndir. Yəni təkcə müharibədə əlil olmursan ki? Vəzifədə yarıtmaz yerə uzun illər kreslo tutanda, müvafiq bədən hissələrini piyləndirəndə məmur əl ilə çevrilir, istər-istəməz işinin öhdəsindən gəlməkdə çətinlik çəkir. Fiziki qüsuru olan şəxslər var, bir də var vəzifə qüsuru olan şəxslər. Bizdə ikincilər daha çoxdur və vaxtaşırı birinci kateqoriya ilə toqquşurlar.

Bu da qəribədir ki, Qarabağ uğrunda savaşdan qalib çıxan da narazıdır, məğlub çıxan da. Çünki hazırda İrəvan tərəflərdə də uduzmuş erməni qazilərini ora-bura sürütləyirlər. Bunun elmi-fəlsəfi, psixoloji-tarixi səbəbləri vardır, qalsın başqa vaxta. Hər şeyi indi yazsam, sabah hansı nağılı yazaram?

Problemin həlli üsulları isə çox sadədir. İlk növbədə, qazilərin nazirliyin şüşə qapısına olduqca asanlıqla yaxınlaşması diqqətimizi çəkdi. Orada su dolu xəndək qazmaq, piyada əleyhinə minalar düzmək, qapını betondan tökmək olmazdımı? Qapısı bir təpiyə sınan nazirlik sabitliyi necə möhkəmləndirər?

Mənim yadımdadır, hələ Əli Nağıyev nazir olan vaxtlarda bu idarənin bir çox rayon şöbələrini yuxarı mərtəbələrdə yerləşdirirdilər. Pensiyaçılar, əlillər 5, 6, 7, bəzən 16-cı mərtəbədəki sosial təminat şöbəsinə-zada çıxa bilmir, suyu süzülmüş qayıdırdılar. İndi də ƏƏSMN hardasa AzTV qülləsinin başında olsun. Görüm kim yaxın gəlir. Yoxsa nazirliyi hər mənada yerlə bir eləmisiniz, camaat da dövlətin üstünə ayaqlanır.

Bayaq yazıya qazlı başladıq, hörmətli və diqqətli oxucular bunun, şübhəsiz, təsadüfi olmadığını çoxdan başa düşüblər, səbrlə söhbətin axırını gözləyirdilər. Onlara dərin minnətdarlığımı çatdıraraq əsas təklifimi yazıram: gəlin biz qazilərimizi ixrac edək! Qaz ixrac elədiyimiz kimi. Sənədləşmə, müqavilə də çətinlik yaratmaz, cəmi 1 hərf fərq var. Həmişə “qazilər bizim sərvətimizdir” demirikmi? Buyurun, qaziləri də Avropaya satın. Boru ilə çətindir, avtobusla, maşınla ixrac etmək olar. Müqavilənin adını “Bakı-Trans-Adriatik-Qazi kəməri” tipində bir şey qoymaq mümkündür.

Ötən il Azərbaycan dünyaya 22 milyard kubmetr qaz ixrac etmişdir, bu il həmin rəqəmi 24 milyarda çatdırmağı düşünürük. Qazilərimizin sayına gəlsək, ƏƏSMN indiyədək 3 min qaziyə əlillik dərəcəsi təyin edildiyini söyləmişdir. Başqa neçə min nəfər həkim komissiyasının qərarını gözləyir, son 30 ildə qazilərin sayı ümumən nə qədər olub, bunları da müəyyən edib ixraca başlamalıyıq. 3 min qazi bizə çoxdur. Camaat çaşır, qazilərdən səmərəsiz istifadə edir. Elə dünənki aksiyada nə qədər qazi havayı yerə havaya uçdu. Bəzi evlərdə saxta qazilər aşkara çıxıb. İxracdan öncə qaziliyi limitlə eləmək də yaxşı olardı. Prinsipcə əlillik dərəcələrimiz təxminən buna yaxınlaşır. Həkim komissiyaları əlsizə əlcək, gözsüzə eynək yazır. 

İndi söz əlaqədar təşkilatlarındır. İxrac edin, bu adamlar bəlkə xaricdə gün görsünlər.  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

10 Noyabr 2024

09 Noyabr 2024

08 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

05 Noyabr 2024

03 Noyabr 2024

02 Noyabr 2024

01 Noyabr 2024

31 Oktyabr 2024

30 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

26 Oktyabr 2024

25 Oktyabr 2024

24 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

19 Oktyabr 2024

18 Oktyabr 2024

17 Oktyabr 2024

16 Oktyabr 2024

15 Oktyabr 2024

13 Oktyabr 2024

12 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

09 Oktyabr 2024

08 Oktyabr 2024

06 Oktyabr 2024