İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa erməni revanşizmini belə dəstəkləyir - Köçəryan və Ohanyan deyib ki...

Fransa birmənalı şəkildə Ermənistanı dəstəklədiyini, o cümlədən hərbi cəhətdən silahlandıracağını bəyan edir və bu mövqedə dəyişiklik olmayacağını bildirir. Bir neçə gün öncə Robert Köçəryan, Seyran Ohanyan deyib ki, Ermənistan ordusu bərpa olunmalıdır. Belə olan halda Fransa erməni revanşizmini dəstəkləyir.

Musavat.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında bildirib.

FARİD EN SON.jpeg (84 KB)

F.Şəfiyev mövcud geosiyasi şəraitdə Fransa-Azərbaycan münasibətlərinin 2025-ci ildə inkişafını da şərh edib:

"Əsas məsələ sülh sazişinin imzalanması ilə bağlı inkişafın olub-olmamasıdır. Bəzi məsələlərdə irəliləyiş olmadığı üçün konkret proqnoz vermək çətindir. Bir çox məsələ Donald Trampın siyasətindən, Rusiya-Ukrayna müharibəsinin gedişatından asılıdır. Rusiya və Qərb arasında hər hansı razılaşma imzalanacaqmı? Trampın yenidən hakimiyyətə gəlməsi nikbinlik yaratmışdı, amma mən o qədər də nikbin deyiləm. Fundamental problemlər var. Rusiya təkcə ərazi iddiaları irəli sürmür, həm də əldə etdiyi əraziləri rəsmiləşdirmək istəyir. Heç bir Ukrayna lideri buna imkan verməyəcək. Real çıxış yolu dondurulmuş status əldə olunmasıdır. Görünən odur ki, Rusiya bununla razılaşmır. Bütün bunları nəzərə alsaq, bizim əlaqələrimiz gərginləşə bilər".

Fərid Şəfiyev vurğulayıb ki, Azərbaycan Prezidenti balanslaşdırılmış siyasət aparır:

"Azərbaycanda iqtisadi və sosial cəhətdən sabitlik var. Ölkəmiz üçün əsas təhdid dini zəmində, cənub tərəfdən gələn məsələlərdir. İkincisi məsələ isə neftdən asılılıqdan tamamilə xilas olmaqdır. Bu, 20-30 ildən sonra iqtisadi problemdən daha çox milli təhlükəsizlik probleminə çevrilə bilər".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR