İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan omlet hazırlaması ilə bağlı TikTok-dakı VİDEOsundan danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin TikTok-da omlet hazırlaması ilə bağlı sualına münasibət bildirib.

Musavat.com xəbər verir ki, o, dünya və regionda mühüm proseslər baş verdiyi bir vaxtda belə bir paylaşım etməsinin tənqid olunmasına cavab olaraq, bunun adi bir hal olduğunu qeyd edib.

"Sizə bir sirr açım: dünyanın bütün liderləri yemək yeyir, o cümlədən omlet. Bu, normal bir haldır. Hətta mənim elə günlərim olub ki, yalnız su ilə kifayətlənmişəm", - deyə Paşinyan vurğulayıb.

Son zamanlar Ermənistanın baş naziri sosial şəbəkələrdəki paylaşımlarına görə ictimaiyyətin diqqət mərkəzinə düşüb. Xüsusilə TikTok platformasında aktiv olması bəziləri tərəfindən qeyri-ciddi qəbul edilir və ölkədəki siyasi gərginlik fonunda tənqidlərə səbəb olur. Müxalif qüvvələr isə Paşinyanın bu cür paylaşımlarını ölkədəki real problemlərdən diqqəti yayındırmaq cəhdi kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR