Onlayn ictimai-siyasi qəzet
İrəvan Ağsaqqallar Şurasının növbədənkənar iclası gərgin atmosferdə davam edir.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, xüsusi təyinatlıların toplaşdığı məkana “Ana Ermənistan” Ağsaqqallar Şurasının fraksiyasının üzvü Samvel Akopyan da gəlib.
Bundan əvvəl paytaxt meri Tiqran Avinyanla müxalifətçi Ağsaqqallar Şurasının üzvləri arasında dava başlayıb. Avinyan polisə Samvel Akopyanı iclas zalından çıxarmağı əmr edib.
“Bu otaqda xuliqanlığa yol verilməyəcək. Mən cənab Akopyanı iclas zalını tərk etməyə dəvət edirəm, o, artıq bu gün görüşdə iştirak edə bilməz”, - Tiqran Avinyan tələb edib.
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ