Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Şimali Koreya ordusu Ukraynadakı cəbhə xəttindən geri çəkilib. “The New York Times” nəşri bu məlumatı Ukrayna və ABŞ rəsmilərinə istinadən yayıb.
Məlumata görə, Şimali Koreya hərbçiləri artıq iki həftədir cəbhədə görünmür. Ukrayna hərbçiləri şimali koreyalıları döyüş meydanında “amansız” döyüşçülər kimi xarakterizə etsələr də, onların Rusiya bölmələri ilə koordinasiya problemi və nizamsız strukturu səbəbindən tez bir zamanda ağır itkilərə məruz qaldığını bildiriblər.
Ukrayna rəsmilərinin sözlərinə görə, Şimali Koreya əsgərləri cəbhəyə gəldikləri andan etibarən tək buraxılıblar. Onlar az sayda zirehli texnika ilə irəliləyiblər, nadir hallarda yenidən qruplaşma aparıblar və geri çəkilmə halları çox az olub. Bu isə onların daha çox itki verməsinə gətirib çıxarıb.
ABŞ: Şimali Koreya ordusu təlim keçdikdən sonra yenidən cəbhəyə qayıda bilər
ABŞ rəsmiləri bildiriblər ki, Şimali Koreya ordusunun cəbhədən çəkilməsi onların daha da hazırlıqlı olmasını təmin etmək üçün taktiki bir addım ola bilər.
“Şimali Koreya ordusu əlavə təlim keçdikdən sonra və ya Rusiya onları daha effektiv şəkildə yerləşdirməyin yeni yollarını tapdıqdan sonra yenidən cəbhəyə qayıda bilər”, – deyə ABŞ rəsmiləri qeyd ediblər.
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ