İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova “Rus evi”nə qarşı casusluq ittihamından danışdı

“Bakıdakı “Rus evi”nə qarşı casusluq fəaliyyəti ilə bağlı bütün ittihamlar əsassızdır”.

Musavat.com Lenta.ru-ya istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan telekanalının “Rossotrudniçestvo”nun yerli nümayəndəliyi ilə bağlı xəbərini belə şərh edib.

“Əgər hansısa nöqteyi-nəzərdən istifadə edirsinizsə, bizimlə əlaqə saxlayın, biz də öz nöqteyi-nəzərimizi bildirəcəyik. Amma bu, sadəcə olaraq doğru deyil. Bu ittihamlar əsassızdır”, - diplomat bildirib.

Xatırladaq ki, “Rus evi”nə qarşı iddialar rəsmi orqanlar tərəfindən yox, bir media qurumu tərəfindən səslənib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

03 May 2025

BÜTÜN XƏBƏRLƏR