İnsanlara hürriyət, millətlərə istiqlal!

"Türkmənistan" hava yolları Aşqabad-Moskva uçuşlarının dayandırılmasını marta qədər uzatdı

"Türkmənistan" hava yolları Aşqabaddan Moskvaya olan müntəzəm reyslərin dayandırılmasının daha bir müddət uzadıldığını elan edib.

Musavat.com xəbər verir ki, şirkət rəsmilərinin açıqlamasına görə, uçuşlar fevral ayında da bərpa olunmayacaq və bu məhdudiyyət ən azı mart ayına qədər davam edəcək.

"Fevral ayında Moskvaya uçuşlar həyata keçirilməyəcək," – deyə aviaşirkətin nümayəndələri bildiriblər. Bununla belə, məhdudiyyətin konkret səbəbləri barədə heç bir rəsmi açıqlama verilməyib.

"Türkmənistan Hava Yolları" Moskva və Aşqabad arasında uçuşları ötən ilin sonunda dayandırıb. Reyslərin 2024-cü il dekabrın 30-dan 2025-ci il yanvarın 31-dək dayandırılacağı bildirilmiş, qərarın səbəbləri isə açıqlanmamışdı.

Hazırda S7 Rusiya və Türkmənistan arasında müntəzəm uçuşlar həyata keçirən yeganə aviadaşıyıcıdır.

Daha əvvəl bir neçə xarici aviaşirkət dekabrın 25-də "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Rusiyaya uçuşlarını ləğv etmişdi.

 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR