İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio Trampın Qrenlandiyanı almaq niyyətini təsdiqlədi - Dünyada yeni savaş ocağı

ABŞ-ın dövlət katibi Marko Rubio prezident Donald Trampın Qrenlandiyanı almaq niyyətinin tam ciddi olduğunu bildirib.

Musavat.com xəbər verir ki, o, bu məsələni milli maraqlarla əlaqələndirib və ABŞ-ın bu problemi həll etməli olduğunu vurğulayıb.

"Bu, sadəcə torpaq almaq naminə edilən bir cəhd deyil. Bu, bizim milli maraqlarımıza uyğundur və bu məsələ həll olunmalıdır," – deyə Rubio məşhur aparıcı Meqin Kelli ilə müsahibəsində qeyd edib.

ABŞ rəsmisi bu prosesdə hərbi təzyiqin istisna edilmədiyini bildirib və hazırda konkret addımlar barədə danışmaq üçün doğru zaman olmadığını vurğulayıb. Vaşinqtonun bu mövzuda hansı strategiyanı seçəcəyi hələlik məlum deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR