İnsanlara hürriyət, millətlərə istiqlal!

Müddətli həbsdən ömürlük cəzaya uçanlar - SSRİ-dən qaçıb Pakistana sığınan məhbusların taleyi

19 avqust 1990-cı ildə 15 məhbusu Yakutiyanın Neryunqri şəhərindəki müvəqqəti saxlama təcridxanasından “Aeroflot SU-4076” mülki təyyarəsi ilə başqa cəzaçəkmə müəssisəsinə aparıblar. Göyərtəsində 7 ekipaj üzvü və 85 sərnişin olan təyyarə havaya qalxdıqdan 15 dəqiqə sonra yerə təhlükə siqnalı ötürüb. Məlum olub ki, lüləyi kəsilmiş ov tüfəngi ilə silahlanmış məhbuslar hava gəmisini ələ keçiriblər.

Əvvəlcə qaçış haqqında yalnız dörd məhkumun - Sergey Moloşnikov, Andrey İsakov, Vladimir Petrov və Vladimir Yevdokimovun xəbəri olub. Planı quran isə Moloşnikov olub. Lakin o və Petrov əvvəlcə təyyarədə olmayıblar və məhbuslar təyyarəni ələ keçirdikdən sonra onların arxasınca qayıtmalı idilər. Cinayətkarlar tüfəngi mühafizəçilərdən birinə idman kostyumu verərək əldə ediblər, sonra isə silahı protez ayaqda təyyarəyə keçiriblər.

647cdc67-009e-4901-af5b-2a332f337985.jpg (69 KB)

“Etap” zamanı tez-tez hər cür pozuntular olub. Bu dəfə 15 məhbusu daşımaq üçün cəmi üç mühafizəçi təyin edilib və onların cəmi üç dəst qandalı olub. Məhbusların çoxu təyyarəyə əlləri açıq halda mindiriliblər.

İsakov stüardessaya ov tüfəngini göstərəndə və ekipaj üzvlərini qız komandirin yanına gedib, sonra qayıdıb bunun zarafat olub-olmadığı soruşub, lakin səsini qaldırand məhbusun yalan danışmadığı aydın olub.

6399d18b-9b29-456c-9a70-cc661f2cba66.jpg (66 KB)

Məhbusların aparan çavuş buna dərhal reaksiya verib və avtomatı İsakova tuşlayıb. Lakin quldurların əlində küstar üsulla hazırlanmış bombanın olması vəziyyəti dəyişib. Digər iki mühafizəçi silahlarına əl uzadarkən, Yevdokimov onlara bombanı göstərərək partladacağını deyib. Səs-küyə gələn bort mühəndisi mühafizəçilərə silahı yerə qoymağı tapşırıb. Nəticədə məhbuslardakı silahların sayı artıb. Yeri gəlmişkən, bomba saxta olub.

Bundan sonra təyyarə Neryunqriyə geri dönüb, məhbusların tələbi ilə Petrov və Moloşnikov hava gəmisinə gətirilib. Əvəzində isə cinayətkarlar qadınları (stüardessalardan başqa) və uşaqları təyyarədən buraxıblar. Altı məhbus qaçış planında iştirakdan imtina edərək, könüllü olaraq təyyarəni tərk edib.

11 məhbusun olduğu təyyarə Krasnoyarskda yanacaq doldurub və Daşkəndə istiqamət alıb. Qaçaqların liderinin çox konkret planı olub: SSRİ ilə münasibəti yaxşı olmayan Pakistana getmək.

0584f094-c7ba-46e2-a4c3-ede9304ed918.jpg (161 KB)

Təyyarə Daşkənddən Pakistana istiqamət alıb və bu ölkənin hava məkanına daxil olan kimi iki F-16 qırıcısı onu izləyib. Onlar təyyarəni Kəraçi hava limanına qədər müşayiət ediblər. Pilotlar eniş üçün icazə ala bilməyiblər. Yalnız yanacaq tükənməyə başlayanda onlara icazə verilib.

Pakistan hərbçiləri və polisi məhbusları sevinclə qarşılayıb, sonra hava limanına aparıb onlara yemək veriblər. Lakin sevinc çox uzun sürməyib.

Moloşnikov haqlı çıxıb, məlum olub ki, onlar Sovet İttifaqına geri qaytarılmayacaqlar. Sovet nümayəndələri onları görməyə gəliblər və 11 nəfərin hamısı geri qayıtmaqdan imtina edən sənədi imzalayıb. Tezliklə məlum olub ki, sovet məhbusları yerli qanunlara uyğun olaraq mühakimə olunacaqlar. Yerli qanunlara görə, təyyarə qaçırmağın cəzasının edam hökmü olduğu məhkumlara elan edilib.

b44e24ca-160c-41fe-86d5-a0c901b4e950.jpg (147 KB)

Ancaq xarici dövlətin vətəndaşı olduqları üçün onların hamısı ömürlük həbs cəzasına məhkum edilib. Bu isə məhbusların gözlədiyi və arzuladığı deyildi. Lakin bir neçə il həbsdə yatandan sonra onların bəziləri apellyasiya şikayəti veriblər və onların cəza müddətləri 21 ilə endirilib. Qaçanların çoxu həbsxanada güclü narkotiklərdən istifadə etməyə başlayıb. Nəticədə Sergey Şubenko intihar edib, Petrovun isə ürəyi dözməyib.

0ecdd9bf-a236-4003-b6ba-98b13ff680b6.jpg (123 KB)

1997-ci ilin avqustunda qaçanlardan altısı Pakistan dövlətinin yaradılmasının 50-ci ildönümünə həsr olunmuş amnistiya ilə əlaqədar olaraq Rusiya Federasiyasına göndərilib. Rusiyaya qayıdan məhbuslar dərhal orada nəzarətə götürülüb. Lakin sonradan Pakistan həbsxanasında keçirdikləri müddətə görə onlar sərbəst buraxılıblar.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR