İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan İrəvana XƏBƏRDARLIQ

Rəsmi İrəvanın öz xarici siyasət vektorunu müstəqil müəyyən etmək hüququ var.

Musavat.com-un məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə delə deyib.

XİN sözçüsü əlavə edib ki, bu, suveren dövlətin hüququdur. Lakin o, həddindən artıq siyasiləşdirmədən, ağa-qaraya bölmədən belə qərarların praktiki tərəfini nəzərdən keçirməyə çağırıb.

Mariya Zaxarova deyib ki, Ermənistana məxsus malları nə Avropada, nə də ABŞ-da gözləyən var:

“Gözləsəydik, onsuz da götürərdilər, razılaşmalısan. Problem nədir? Əgər bu qədər kömək etmək istəyirlərsə və mallar bu qədər əvəzolunmazdırsa, niyə götürmürlər? Onları indiyə qədər götürəcəkdilər!”

Zaxarova həmçinin bildirib ki, 2024-cü ildə Ermənistanın Avropa İttifaqı və ABŞ ilə ticarəti əhəmiyyətli dərəcədə azalıb, Rusiya ilə ticarət dövriyyəsindən təxminən 6 dəfə azdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR