Onlayn ictimai-siyasi qəzet
Türkmənistan Hava Yolları Aşqabadla Moskva arasında uçuşların dayandırılmas müddətini mart ayına qədər uzadıb.
Musavat.com "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə açıqlamanı şirkət yayıb.
Qeyd edək ki, Türkmənistan Hava Yolları ötən ilin sonunda – Qroznı üzərində Azərbaycan sərnişin təyyarəsi vurulduqdan sonra Moskva ilə Aşqabad arasında uçuşları dayandırıb. O zaman 30 dekabr 2024-cü il tarixindən 31 yanvar 2025-ci il tarixinədək heç bir uçuşun olmayacağı bildirilib. İndi isə şıirkət uçuş qadağasını daha bir ay uzadıb.
Hazırda Rusiyanın S7 aviaşirkəti Moskva-Aşqabad reysi üzrə uçuşlar həyata keçirir. Yanvar ayında S7 Hava Yolları Federal Hava Nəqliyyatı Agentliyindən həftədə 14 dəfəyə qədər Moskva-Aşqabad reyslərini yerinə yetirmək üçün icazə alıb. S7 hazırda Rusiya və Türkmənistan arasında müntəzəm uçuşlar həyata keçirən yeganə hava daşıyıcısıdır.
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ