İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xatirənin ad günündə həmin müğənni pullu kişilərin masasına gedib..."

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) müğənni Xatirə İslamın doğum günündə qarşılaşdığı hadisəni tamaşaçılarla bölüşüb.

Bu haqda "Tarixin bir günü" verilişində danışan Tolik adını açıqlamadığı ifaçının onunla görüşmədiyini deyib:

"Bir neçə gün əvvəl dostum Xatirə İslamın ad günü məclisində idim. Bir müğənni var ki, üzərində zəhmətim var. Mənimlə görüşməyə gəlmədi. Sən müğənni ola bilərsən. Mən Tolik olanda sən müğənni deyildin. Müğənnidən söhbət gedir, başqa adamdan deyil. Yan masamda imkanlı kişilər oturmuşdu, üç dəfə həmin kişinin yanına gedib, onunla oturub söhbət etdi. Fərqi yoxdur o kişi sənin dostundur, sinif yoldaşındır və sairə. Şəxsən mən o kişilərlə heç görüşmədim. O şəxsin imkanı varsa, qabağına niyə qaçmalıyam? Belə çıxır ki, siz pullu adamın qabağına qaçırsınız? Deyə bilərsən ki, mənim səndən işim keçmir. Amma bizim işimiz bir-birimizdən keçir. Siz müğənnilərin məndən aparıcı kimi olmasa da, prodüser kimi işi keçir. Bu cür müğənnilərə görə bir çox sənətçilərin adına söz çıxır. Kənardan baxan da görür ki, bir masada 5 kişi oturub və o müğənnigedir onların yanına. Fakt budur ki, o kişilər şou-biznes sahəsində deyillər". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR