Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, BRİKS ölkələri dünya ticarətində yeni valyuta və ya ABŞ dollarına başqa alternativ yaratmağa cəhd etsələr, onlara 100% idxal rüsumları tətbiq edəcək.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tramp bunu “Truth Social”da yazıb.
“Biz bu zahirən düşmən kimi görünən ölkələrdən yeni BRİKS valyutası yaratmayacaqlarına və ya güclü ABŞ dollarını əvəz edəcək hər hansı digər valyutaya dəstək verməyəcəklərinə dair söz vermələrini tələb edəcəyik, əks halda onlar 100% tariflərlə üzləşəcək və öz məhsullarının böyük Amerika iqtisadiyyatına satış fürsəti ilə vidalaşmalı olacaqlar" – Tramp qeyd edib.
Xatırladaq BRİKS ölkələrinin sammitlərində tez-tez ittifaq daxilində ticarətin ABŞ dolları ilə yox, başqa valyuta ilə aparılmasına dair təşəbbüslər qaldırılır.
Musavat.com
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ