Onlayn ictimai-siyasi qəzet
Yəmən sahilləri yaxınlığında minlərlə qoyunu daşıyan yük gəmisi batmağa başlayıb.
Musavat.com xəbər verir ki, yerli KİV-in yaydığı məlumata görə, gəmidə əsasən Somali vətəndaşları olub.
Hadisə zamanı həm heyvanlar, həm də insanlar ciddi təhlükə ilə üz-üzə qalıb. Məlumata görə, yaxınlıqdakı balıqçılar dərhal qayıqlarla hadisə yerinə gələrək kömək göstərməyə çalışıblar.
Gəminin batmasının səbəbləri barədə rəsmi açıqlama verilməsə də, ilkin ehtimallara görə, texniki nasazlıq və ya həddindən artıq yüklənmə fəlakətə səbəb olub.
@@TVmusavat/113792@@
Musavat.com
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ