Onlayn ictimai-siyasi qəzet
Bakının Maştağa qəsəbəsində itkin düşən iki qızın 10 gün sonra tapılmasının təfərrüatları məlum olub.
Musavat.com xəbər verir ki, qızlar hazırda sağ-salamatdır və 14-cü Polis Bölməsindədir.
10 gün sonra tapılan Aygünün anası Aksana Hüseynova qızların bir qadının evində qaldığını deyib:
“Reyhanın istədiyi oğlan olub. Birlikdə onların evinə gediblər. Həmin oğlanın anası da evdə olub. Evdə başqa bir oğlan və qız da var imiş. Bu müddət ərzində həmin evdə yaşayıblar. Onlar işə gedəndə qızlar evdə tək qalıb. Həmin qadın qızların axtarıldığını bilib. Bunu televiziya kanallarından da izləyiblər. Amma məlumat verməyiblər.
Son günlər məlumatlar sosial şəbəkələrdə geniş yayıldıqdan sonra qadın qorxub və polisə məlumat verib. Amma indi bir nəfər taksi sürücüsü məsuliyyətə cəlb edilib. Bu qadın da, oğlu da günahkardır. Bizə bunları yaşadanlar cəzalandırılmalıdır. Saxlanıldığı deyilən taksi sürücüsünün nə etdiyini bilmirəm. Onun bu işdə iştirakından məlumatsızam. Amma qadın özü bizə dedi ki, qızlar onun evində olub. Biz həmin qadının şəklini də çəkmişik. İşin ədalətli araşdırılmasını tələb edirik. Hələki qızlarımızı görə bilməmişik”.
Xatırladaq ki, 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı aprelin 16-dan itkin idi. Polis əməkdaşları qızları bu gün tapıb. Onlar hələki ailəsinə təhvil verilməyib.
İlkin Muradov
Muavat.com
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ