Onlayn ictimai-siyasi qəzet
Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Araşdırma DİN-in nəzarətinə götürülüb.
***
Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb.
Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.
***
20:58
Xəbər verdiyimiz kimi, Bakının Maştağa qəsəbəsində iki qız 10 gündür itkin düşmüşdü.
Musavat.com xəbər verir ki, 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı aprelin 16-dan itkin idi.
Polis əməkdaşları qızları bu gün tapıb. Onlar hələki ailəsinə təhvil verilməyib.
İlkin Muradov,
Muavat.com
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ