İnsanlara hürriyət, millətlərə istiqlal!

Papanın dəfnində geyim qaydasını POZDULAR - MARAQLI GÖRÜNTÜLƏR (FOTO,VİDEO)

Papa Fransiskusun dəfn mərasimində 3 lider geyim qaydalarını pozub.

21 aprel tarixində vəfat edən Katoliklərin ruhani lideri və Vatikan Dövlətinin Başçısı Papa Fransiskus üçün Vatikanın Müqəddəs Pyotr meydanında dəfn mərasimi keçirilib. Minlərlə insanın iştirak etdiyi mərasimdə Papa Fransiskusun cənazəsi 6 kilometrlik kortejlə Azize Böyük Məryəm Bazilikasına (Santa Maria Maggiore) gətirilərək dəfn olunub.

Dünya liderləri bir araya gəldi

Mərasimdə Azərbaycanı parlamentin sədri Sahibə Qafarova təmsil edib.

Bundan başqa mərasimdə Türkiyə TBMM sədri Numan Kurtulmuş, ABŞ-ı prezidenti Donald Trump, Fransa Prezidenti Emmanuel Makron, İtaliya Prezidenti Serjio Mattarella, Almaniya Prezidenti Frank Valter Ştaynmayer, Argentina Prezidenti Xavyer Milei, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, Ukrayna Prezidenti Volodimir Zelenski, İspaniya kralı VI. Felipe, Britaniya Kral ailəsindən Uels Şahzadəsi William və Britaniya Baş naziri Keir Starmer, İtaliya Baş naziri Corcia Meloni, Fələstin Baş naziri Mustafa Məhəmməd, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Aİ Komissiyası Prezidenti Ursula von der Leyen, Avropa Parlamentinin Prezidenti Roberta Metsola və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş kimi bir çox tanınmış şəxsiyyət iştirak edib.

Papa'nın cenaze töreninde kıyafet kurallarına uymayan 3 lider

Geyim qaydalarını pozan liderlər

Vatikanın sərt geyim qaydalarına əsasən, kişilərin tünd rəngli kostyum, uzun qara qalstuk və ağ köynək geyinməsi tələb olunur. Həmçinin ayaqqabılar, uzun corablar, palto və çətir istifadəsi də qaydalara daxildir. Lakin ABŞ-ın keçmiş prezidenti Donald Trump mərasimə mavi kostyum və mavi qalstukla, keçmiş prezident Co Bayden isə mavi qalstukla qatılıb.

Papa'nın cenaze töreninde kıyafet kurallarına uymayan 3 lider

Ukrayna Prezidenti Volodimir Zelenski isə ümumiyyətlə qalstuk taxmayıb. İngiltərə mediası hər üç lideri Vatikanın dəfn mərasimi geyim qaydalarını pozmaqda və digər dünya liderlərinin əksəriyyətinin qara geyindiyi mərasimdə “hörmətsizlik” etməkdə günahlandırıb.//Konkret.az

@@TVmusavat/113804@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR