İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan gözlənilmədən seçki hazırlığına başladı

“Gallup”un Ermənistan nümayəndəliyinin rəhbəri: “Ermənistan əhalisinin təxminən 80%-i indiki hakimiyyətin siyasətini dəstəkləmir”

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti parlament seçkilərinə hələ il yarım qalmasına baxmayaraq, artıq öz seçki siyahısını formalaşdırmağa başlayıb.

Bu barədə “Hraparak” qəzeti yazır. Nəşr onu da qeyd edir ki, hakimiyyət dəfələrlə növbədənkənar seçkilərə getməyəcəyini bildirib. Məlumatda deyilir ki, siyahı tərtib edilərkən ciddi kriteriyalar tətbiq edilməyəcək, həlledici amil yalnız “Mülki Müqavilə” partiyasının liderininin iradəsi olacaq.

Mənbələr bildirirlər ki, hazırkı deputatların bir çoxu yeni siyahıya düşməyə bilər və parlamentdəki “Mülki Müqavilə” fraksiyasının hazırkı tərkibinin təxminən 80%-i dəyişdiriləcək.

Nikol Paşinyan erməni seçicisini növbəti dəfə çaşdırmaq və onun səsini almaq, onu yeni kadrların köhnələrin həll etmədiyi problemləri həll edəcəyinə inandırmaq üçün çox da tanınman şəxslərdən ibarət tamamilə yeni siyahı təqdim etmək istəyir: Yeri gəlmişkən, onların “Real Ermənistan” adı altında çıxış edəcəkləri barədə şayiələr var”, “Hraparak” yazır.

“Ermənistan əhalisinin təxminən 80%-i indiki hakimiyyətin siyasətini dəstəkləmir. Hesab edirəm ki, 2026-cı ildə “Mülki müqavilə”nin öz hakimiyyətini davam etdirməsi ehtimalı praktiki olaraq qeyri-realdır”. “Gallup”un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan belə deyib.

Onun sözkərinə görə, seçkilər zamanı hakimiyyətin istifadə edəcəkləri hiylələrə, qanun pozuntularına baxmayaraq, onların əksəriyyətin səsini qazanması mümkün olmayacaq. “Hakimiyyətin demək olar ki, hər gün müstəqil və şəffaf seçkilər keçirdiklərini bəyan etmələrinə baxmayaraq, reallıq tamamilə bunun əksidir”.

Aram Navasardyanın sözlərinə görə, Gümrüdəki seçkilərin nəticələrinə əsasən diqqəti cəlb edən ilk fakt odur ki, antitəbliğata baxmayaraq, seçicilər “köhnələri” səs verdilər. Bu fakt növbəti parlament seçkilərnə necə təsir edəcək? Əminəm ki, hakimiyyət hansı səhvlərə yol verdiklərini ətraflı təhlil edəcək. Apardığımız araşdırmalardan gördük ki, cəmi 35 faiz bizə cavab verib ki, seçkidə iştirak edəcəklər, amma əslində 42 faizə yaxınının məntəqələrə gəldi. Müxalifət də təhlil etməlidir, baxmalıdır ki, hansı səhvləri, hansı problemli sahələri var idi və buna uyğun olaraq, indidən normal siyahılar, normal proqram yaratmaq və xalqa konseptual olaraq yeni nəsə təqdim etmək olar. Çünki Ermənistanda müxalifətin əsas problemlərindən biri praqmatik və anlaşılan gündəm yarada bilməməsidir”.

Yada salaq ki, bugünlərdə nüvə enerjisi üzrə ixtisaslaşmış Amerika şirkətinin nümayəndələrinin gözlənilmədən İrəvanda peyda olması müxtəlif versiyalara səbəb olub. Erməni mediası xəbər verir ki, şirkət nümayəndələrinin İrəvanda görünməsi Amerikanın gələcək nüvə tikinti layihələrində iştirakının nəinki həll olunmuş məsələ olduğuna, həm də artıq icra mərhələsində olduğuna işarədir. Belə ki, podratçı şirkət ABŞ hökumətinin müvafiq departamentinin - Nüvə Tənzimləmə Komissiyasının və Ermənistan hökumətinin müvafiq icazəsi olmadan İrəvana gələ bilməzdilər.

Erməni mediasının yazdığına görə, ABŞ səfirinin müşayiət etdiyi nümayəndələrin İrəvana gəlməsi o deməkdir ki, Nikol Paşinyan hökuməti “Rosatom”un xidmətlərindən imtina edərək, Amerikaya etibar edib. ABŞ şirkəti nümayəndəsini baş nazirin müavini Mher Qriqoryan qəbul edib. Bildirilir ki, görüşdə nüvə müqaviləsinin açıq və gizli şərtlərinin nəhayət təsdiqləndiyi şübhə doğurmur.

Erməni mediası yazır ki, AES siyasi məsələdir. “Nikol Paşinyan nüvə müqaviləsi müqabilində Donald Tramp administrasiyası ilə hansı addımları və qərarları razılaşdırıb”, - deyə sual edir və ona da işarə vurur ki, Paşinyan bu anlaşmaya hakimiyyətini qorumaq üçün razılaşa bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR