Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Azərbaycanın dövlət başçısının Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, xüsusilə Prezident İlham Əliyevlə Çin lideri Si Cinpin arasındakı tarixi zirvə görüşü ölkə və dünya mediasının diqqət mərkəzindədir. Lakin bu mühüm diplomatik səfərin görünməyən tərəfləri – hazırlıq işləri, təhlükəsizlik tədbirləri və təşkilati detalları ilk dəfə olaraq tamaşaçılara təqdim olunub.
AzTV-nin Pekində olan xüsusi müxbiri Vüsal M. Məmmədovun hazırladığı reportaj, dövlət başçısının qarşılanmasının və Si Cinpinlə görüşünün necə planlaşdırıldığını, arxa planda hansı operativ hazırlıqların aparıldığını açıq şəkildə nümayiş etdirir. Reportajda görünür ki, Azərbaycanın rəsmi heyətinin qarşılanması üçün Çin dövlətinin ali təhlükəsizlik və protokol xidmətləri ən yüksək səviyyədə səfərbər olunub.
Vüsal Məmmədovun yayımladığı kadrarxası görüntülərdə Çin paytaxtının mərkəzində – dövlət idarəçiliyinin qəlbində baş verən hadisələr, dövlət protokolunun incə detallarına qədər izləyicilərə təqdim edilir. Reportajda həmçinin qeyd edilir ki, bu qədər yüksək səviyyəli və səmərəli hazırlıq işləri Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın dərinliyini və qarşılıqlı hörməti bir daha nümayiş etdirir.
Musavat.com həmin görüntüləri təqdim edir.
Musavat.com
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ