İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Bakı üzərindən yeni Suriya hökuməti ilə danışıqlara başlayıb

Narışkin Azərbaycan paytaxtında Suriya xüsusi xidmət orqanlarının rəhbərlərindən biri ilə nələri müzakirə edib?

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin aprelin 17-18-də Bakıda olması barədə xəbər vermişdik. Bəllidir ki, Narışkin Bakıda “Əfqanıstan: regional əlaqələr, təhlükəsizlik və inkişaf” konfransında iştirak edib.

Yada salaq ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri çıxışında Qərb ölkələrini ittiham edib. O deyib ki, Qərbin qeyri-sabitliyi saxlamaq cəhdi hazırkı Əfqanıstan hakimiyyətinin beynəlxalq səviyyədə tanınmasına mane olur. Qərb kəşfiyyat orqanlarının hökumət əleyhinə olan Əfqanıstan qüvvələrinə dəstək verməsini qeyd edib.

Narışkin onu da deyib ki, Qərbin Əfqanıstanda qeyri-sabitlik yaratmaqda məqsədi Kabilə qarşı sanksiyaların saxlamaqdır. Onun sözlərinə görə, Əfqanıstan rəhbərliyi mənfi amilləri neytrallaşdırmaqla dövlətin dirçəlişinə və transformasiyasına kömək edəcək.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunun sözlərinə görə, oxşar taktikadan Qərb Suriya, İraq və bir çox Afrika ölkələrində qeyri-sabitlik yaratmaqda istifadə edir. Kəşfiyyat direktoru dövlətlərin milli təhlükəsizliyinin qorunmasında birgə səylərinin və kəşfiyyat xidmətlərinin qarşılıqlı fəaliyyətinin zəruri olduğunu deyib. Narışkin Qazaxıstan, Tacikistan və Özbəkistandan olan tərəfdaşlara həm terror qruplaşmalarından, həm də bəzi xarici kəşfiyyat orqanlarından gələn təhdidlərin müəyyən edilməsi və zərərsizləşdirilməsi üzrə birgə fəaliyyətinə görə xüsusi təşəkkürünü bildirib.

Məlum olub ki, Sergey Narışkin Bakıda Suriya xüsusi xidmət orqanlarının nümayəndəsi ilə görüşüb. Bu barədə o, TASSA-a danışıb. "Bakıda Əfqanıstanla bağlı konfrans keçirildi. Konfransda Yaxın Şərq və Böyük Avrasiya ölkələrinin rəhbərləri və ya yüksək səviyyəli nümayəndələri iştirak etdilər. Orada Suriya xüsusi xidmət orqanlarının rəhbərlərindən biri də var idi. Onunla məzmun baxımından tamamilə konstruktiv və dostluq görüşü baş tutdu", - Narışkin bildirib.

Qeyd edək ki, Moskva Bəşər Əsədin devrilməsuindən sonra Suriyanın yeni hökuməti ilə əlaqələr yaratmaq istəyir. Bu barədə bugünlərdə Kremlin sözşüsü Dmitri Peskov deyib.

Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Kremldə danışıqlar zamanı da Suriyadakı vəziyyəti ətraflı müzakirə ediblər.

Böyük ehtimalla Rusiya Suriyanın yeni hökuməti ilə təmasları Bakı üzərindən qurmaqda maraqlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR