Onlayn ictimai-siyasi qəzet
İranın Bəndər-Abbas şəhərində Şəhid Rəcai limanındakı güclü partlayışdan sonra ammonyak, kükürd dioksidi və azot sızması təhlükəsi yaranıb.
Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.
Nazirlik fövqəladə vəziyyət rejiminin elan olunması barədə göstəriş verib. Şəhər üzrə bütün məktəblər sabah bağlı olacaq.
Son məlumata görə, hadisə nəticəsində 750-dən çox insan xəsarət alıb, 8 nəfər isə həlak olub.
Əyalət təhlükəsizlik qüvvələrinin komandiri Əli Əkbər Cavidanın sözlərinə görə, partlayış nəticəsində 6 nəfər itkin düşüb.
Məlumatına görə, partlayış o qədər güclü olub ki, Fars körfəzindəki Bəndər Abbas limanından azı 20 km aralıda yerləşən Keşm adasında eşidilib.
@@TVmusavat/113807@@
Musavat.com
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ