İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda kimyəvi təhlükə: Partlayışdan sonra fövqəladə vəziyyət elan olundu

İranın Hörmüzqan vilayətinin Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş verən güclü partlayışdan sonra bölgədə fövqəladə vəziyyət elan edilib.

Zəhərli qazlar yayıldı

Musavat.com xəbər verir ki, İranın Səhiyyə Nazirliyi partlayış nəticəsində havaya ammiak, kükürd dioksidi və azot dioksidi kimi təhlükəli maddələrin yayıldığını təsdiqləyib. Qurum fövqəladə hallara müdaxilə qruplarının dərhal təşkil olunması barədə göstəriş verib.

Sakinlərə xəbərdarlıq edildi

Sakinlərə evlərində qalmaq, açıq hava fəaliyyətlərindən uzaq durmaq və pəncərələri qapalı saxlamaq tövsiyə olunub. Xüsusilə risk qrupunda olan şəxslərə – tənəffüs və ürək xəstəlikləri olanlara, uşaqlara, hamilə qadınlara və yaşlılara N95 və P2 tipli qoruyucu maskalar taxmaq məsləhət görülüb. Eyni zamanda tez-tez üz yumaq və qoruyucu geyimlərdən istifadə etmək tövsiyə edilib.

İran'da patlamadan sonra çıkan yangın söndürülemedi: 8 ölü, 750 yaralı

Partlayışın səbəbi açıqlandı

İlkin araşdırmalara görə, partlayış limanda düzgün saxlanılmayan təhlükəli kimyəvi maddələr, xüsusən də raket yanacağı istehsalında istifadə olunan natrium perxlorat səbəbilə baş verib. Hazırda hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparılır.

İran'da patlamadan sonra çıkan yangın söndürülemedi: 8 ölü, 750 yaralı

Yanğın hələ də davam edir


Bölgədə yanğın tam nəzarət altına alına bilməyib və alovun intensivliyi artır. Rəsmi məlumatlara əsasən, partlayış nəticəsində azı 8 nəfər həyatını itirib, 750-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR