Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistan prezidenti Vaaqn Xaçatryanla Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib.
Musavat.com xəbər verir ki, bu barədə K.Kallas "X"dəki səhifəsində yazıb.
“Mən Romada prezident Vaaqn Xaçaturyanla Ermənistana gözlənilən səfərimi müzakirə etdim. Biz Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və regionda sülhün əldə edilməsi səyləri barədə fikir mübadiləsi aparmışıq”, - o söyləyib.
Xatırladaq ki, ötən gün K.Kallas Azərbaycanda səfərdə olub.
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ