Onlayn ictimai-siyasi qəzet
Tarixçi alim Elnur Nəciyev acınacaqlı durumda olan Əbu Müslüm məscidinin yeni fotolarını ictimailəşdirib.
Elnur Nəciyev Demokrat.az-a açıqlamasında bunları bildirib:
“Mən Azərbaycanda çox yer gəzdim və heç bir yerdə bunun alternativini görmədim. Taxtalarından futbol oynamaq üçün qapı düzəldilən, kənd klubu, mədəniyyət evi tikilərkən dirəklərindən istifadə edilən, insanların oturması üçün oturacağa çevrilən nə abidə, nə də məscid gördüm. Belə də olurmuş. Mən tarixi abidələrə zərər verilməsini çox gördüm, amma belə halla heç vaxt qarşılaşmadım”.
Qeyd edək ki, Əbu Müslüm məscidi (748/749) Qubanın Qrız kəndində yerləşir. Bu abidə Azərbaycanın 3 ən qədim məscidindən biridir (Dərbənd Cümə məscidi (733/734) və Şamaxı Cümə məscidindən (743/744) sonra).
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ