Onlayn ictimai-siyasi qəzet
10 gün sonra tapılan 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı sığınacağa yerləşdirilir
Musavat.com bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
"Sənədləşmə işləri aparılır və təhlükəsizlik baxımından, eləcə də reabilitasiya üçün qızlar sığınacağa gətirilir. İlkin məlumatlara görə sürücü qızları evində gizlədib. Hazırda araşdırma üçün polis nəzarətindədir.
Məlumatları gizlətmək insanın taleyinə ciddi təsir göstərə bilər, gec olar. Biz bilmirik o sürücünün məqsədi nə olub. Bu qızlara qədər o maşına daha kimlər əyləşib və daha nə olub... "
Xatırladaq ki, Bakının Maştağa qəsəbəsində yetkinlik yaşına çatmayan qızlar 10 gündür itkin düşmüşdü. Onıar aprelin 16-dan itkin idi. Polis əməkdaşları qızları bu gün tapıb. Onlar hələki ailəsinə təhvil verilməyib.
Xalidə Gəray
Musavat.com
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ