İnsanlara hürriyət, millətlərə istiqlal!

Kredit almaq istəyənlərə diqqət! – Faizlərdə sürpriz olacaqmı?

"Maliyyə Nazirliyinin sistem əhəmiyyətli banklara təxminən 1 milyard dollarlıq depozit yerləşdirmsi iqtisadi müzakirələrə səbəb olub. Bəzən bu hadisə Azərbaycanda kredit faizlərinin ümumi ucuzlaşmasının başlanğıcı kimi şərh edlir. Lakin belə bir nəticəyə gəlmək üçün ciddi əsaslar yoxdur".

Musavat.com bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.

462575075_1727928731358771_95362.jpg (72 KB)

İqtisadçı kredit faizlərində ciddi eniş gözlənilmədiyini bildirib:

"Birincisi, ona görə ki, bu gün depozit portfeli təxminən 40 milyard manatdır. Bir müddət əvvəl bu portfel 38 milyard manat olandakı faizlərlə 40 milyard manat olandakı faizlər arasında ciddi faizləri endimi yox idi. Deməli, depozit porfelnin indi 2-3% artması sistem üzrə kredit faizlərinə kəskin və davamlı təzyiq yaratmaq gücündə deyil.

İkinci bir tərəfdən isə, nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi yerləşdirdiyi bu vəsaitləri qısa müddətə – əsasən 1-3 ay intervalları ilə yerləşdirir. Halbuki bank kreditləri isə uzun müddətə, yəni bir neçə il üçün verilir. Deməli, qısa müddətli depozitlərin uzunmüddətli kredit faizlərinə davamlı təsir göstərməsi isə mümkün deyil.

Üçüncüsü, kredit faizlərinə təsir edən tək amil banklardakı likvidlik deyil. Pul siyasəti, makroiqtisadi risklər, inflyasiya gözləntiləri və bank sektorunun risk qiymətləndirmə siyasətləri də bu məsələdə həlledici rol oynayır. Bugünkü reallıqda isə Azərbaycanda pul siyasəti ehtiyatlı qalır və inflyasiya hələ də diqqət mərkəzindədir.

Beləliklə, 1 milyard dollarlıq depozitin yerləşdirilməsi fonunda kredit faizlərinin kəskin düşəcəyini gözləmək qeyri-real arzulara qapılmaqdan başqa bir şey deyil. İqtisadi prososlər isə reallıq üzərində qurulmalıdır, qeyri-realist gözləntilər isə yanlış qərar və ümidlərə səbəb ola bilər.

Sual verilsəki, onda Maliyyə Nazirliyi niyə bunu etdi? Cavab çox sadədir. Maliyyə Nazirliyinin əsas vəzifələrindən biri dövlət büdcəsinin səmərəli idarə edilməsidir. Buna görə müstəqillik dönəmindən bəri ilk dəfə atılan bu addımı Maliyyə Nazirliyinin yeni komandasının tamamilə doğru addımı hesab edirəm. Sadəcə növbəti illərdə bu depozitlər təkcə sistem əgəmiyyətli banklara deyil, müəyyən mütənasiblik mexanizmləri ilə digər banklara da etibar edilməlidir".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR