İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın “yeni torpaqlar” planı: alqı-satqıdan hərbi gücə qədər

ABŞ Prezidenti Donald Tramp yenidən mübahisəli çıxışları ilə gündəmdədir. CNN-in hazırladığı analitik yazıya görə, Tramp dəfələrlə ABŞ-ın əlavə ərazilər əldə etməli olduğunu bəyan edib. O, bu məqsədə həm satınalma, həm razılaşma, həm də məcbur etmə yolu ilə çatmağın mümkün olduğunu bildirib. Üstəlik, Tramp bu istiqamətdə hərbi gücdən istifadəni də istisna etməyib.

Musavat.com xəbər verir ki, xüsusilə Trampın diqqət mərkəzində Kanada, Qrenlandiya və Panamanın müzakirə olunduğu qeyd edilir. Qrenlandiyanı almaq təşəbbüsü ötən illərdə beynəlxalq aləmdə ciddi rezonans doğurmuşdu və Danimarkanın sərt reaksiyası ilə qarşılanmışdı.

People wave flags and hold signs during a protest outside of the US embassy in Vancouver, British Columbia, on March 4.

Bununla belə, CNN yazır ki, Trampın bəzi “cəsur planları” hələ ki, reallaşmayıb. ABŞ daxilində və beynəlxalq miqyasda ciddi müqavimət bu təşəbbüslərin qarşısını alıb.

Analitiklər qeyd edirlər ki, Trampın “Amerika imperiyasını genişləndirmək” niyyəti, əslində, onun seçki kampaniyası və daxili auditoriyaya ünvanlanmış populist çağırışlarının bir hissəsidir. Lakin bu fikirlər ABŞ-ın hazırkı beynəlxalq siyasət doktrinası ilə ciddi ziddiyyət təşkil edir.

Müşahidəçilər hesab edirlər ki, əgər Tramp bu planları reallaşdırmaqda israrlı olsa, bu, qlobal diplomatik böhranlara və ABŞ-ın beynəlxalq imicinə zərər vura bilər.

Məqalənin geniş variantı bu linkdə:

https://edition.cnn.com/2025/04/26/politics/donald-trump-immigration-foreign-policy/index.html?utm_medium=social&utm_source=whatsappCNN&utm_content=2025-04-26T19:25:22


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR