Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin, Kursk vilayətində Ukrayna ordusunun son dirəniş nöqtəsinin də ələ keçirildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Putin Kursk bölgəsində Ukrayna tərəfinin planlaşdırdığı hücumun tam uğursuzluqla nəticələndiyini vurğulayıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Xatırladaq ki, Kursk vilayəti Rusiyanın Ukrayna ilə sərhəd bölgələrindən biridir. Ukrayna ordusunun 2024-cü ilin ikinci yarısında bu istiqamətdə gözlənilməz hücumu Kreml tərəfindən sərt cavabla qarşılanmışdı. İndi isə Rusiya rəsmiləri bu regionun tam azad edildiyini bəyan edərək, Ukraynanın hərbi və siyasi avantüralarının iflasa uğradığını bildirirlər.
Hadisələrin fonunda beynəlxalq ekspertlər qeyd edirlər ki, Kursk istiqamətində Ukraynanın məğlubiyyəti Kiyev üçün həm siyasi, həm də hərbi baxımdan ciddi zərbədir.
Musavat.com bildirir ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kursk istiqamətindəki hərbi əməliyyatların başa çatdığını açıqlayıb. Ukrayna ordusunun son qüvvələri də sərhəd xəttindən uzaqlaşdırılıb.
Nazirliyin açıqlamasına görə:
• Ukrayna bu döyüşlərdə 76 min 550 hərbçisini itirib;
• Ərazilərdə mina təmizlənməsi aparılır;
• Yerli əhali üçün sülh şəraiti bərpa olunur.
Musavat.com
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ