Onlayn ictimai-siyasi qəzet
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Azadlıq prospekti və Süleyman Sani Axundov küçələrinin kəsişməsində yaranan nəqliyyat sıxlığı müzakirə olunub.
Bildirilib ki, burada sıxlığın əsas səbəbi Azadlıq prospektində yalnız düzünə hərəkəti göstərən yol nişanının olmasıdır.
Belə ki, Məsud Davudoğlu küçəsi ilə Azadlıq prospektinin kəsişməsindən sonra sağa ‒ köməkçi yola giriş imkanının olmaması ərazidə sıxlığa səbəb olur. Buna görə də, əsas yolda hərəkət edən nəqliyyat vasitələri sağa - "Azadlıq" stansiyası istiqamətinə hərəkət etmək üçün irəlidən geri dönüb yenidən qayıtmaq məcburiyyətində qalırlar.
Əlavə olunub ki, Süleyman Sani Axundov küçəsinə çatmamış köməkçi yola giriş təmin edildiyi halda problem aradan qalxacaq.
Daha ətraflı Baku TV-nin süjetində:
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ