İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus generalın qətlində şübhəli bilinən şəxs bu ölkədə SAXLANILIB

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a məlumatlı mənbələr bildiriblər.

“O, Moskvadan qaçdıqdan sonra İstanbulda saxlanılıb”, - deyə mənbələr bildiriblər.

Qeyd edək ki, dünən Moskva vilayətinin Balaşixa şəhərində minik avtomobilinin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik ölüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR