İnsanlara hürriyət, millətlərə istiqlal!

AFFA Premyer Liqa klublarını CƏZALANDIRDI

AFFA İntizam Komitəsi Premyer Liqanın VII turunda keçirilən oyunlarda qeydə alınan neqativ hallara görə klubları cəzalandırıb.

Məlumata görə, “Turan Tovuz”la görüşün 90+3-cü dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın məşqçisi Mübariz Orucov 1-i şərti olmaqla 2 oyunluq cəzalanıb, klubu 1500 manat cərimə edilib. Mütəxəssisə 3 ay sınaq müddəti verilib.

“Sabah”la səfər qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimə ödəyəcək. Təcili Tibbi Yardım avtomobili görüşə təyin olunan vaxtdan gec gəldiyindən “Sabah” 1000 manat ziyana düşüb.

“Səbail” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydana kənar şəxsin daxil olması birincilərin 800 manat cərimələnməsinə səbəb olub.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR