İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamran Əliyevin səlahiyyəti müddətində islahatlar həyata keçirilib-Komitə sədri

“Kamran Əliyevin Baş prokurorluğu dövründə düzgün kadr siyasəti yürüdülüb. Hazırda prokurorluq işçilərinin 90 faizi gənc peşəkarlardır”.

Musavat.com bildirir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsdinin sədri Əli Hüseynli deyib.

Komitə sədri deyib ki, Kamran Əliyevin səlahiyyəti müddətində islahatlar həyata keçirilib: “Beynəlxalq əlaqələrin dərinləşdirilməsinə nail olunub. Düzgün kadr siyasəti həyata keçirilib. Hazırda prokurorluq işçilərinin 90 faizi gənc, amma professional kadrlardır. Bu dövrdə prokurorluqla digər güc strukturları arasında güclü əlaqə mövcud olub.

Bu isə ümumi işə böyük töhfə verib. Bir sıra hallarda xarici dairələrdə Baş prokurorluğun separatçılığa qətiyyətli mövqeyini şübhə altına almağa çalışırlar. Media və ictimaiyyətin isə buna qarşı fikri mövcuddur. İstintaq prosesində əldə olunmuş təkzibolunmaz faktlar seperatçıların öz əməlləri ilə bağlı etirafına səbəb olub. Kamran müəllim prokurorluq işçisi kimi dövlətçilik və milli maraqlara sadiq olub”.

Ə.Hüseynli qeyd edib ki, qısa zaman ərzində işğaldan azad edilmiş ərazilərdə prokurorluğun fəaliyyəti təşkil edilib. Xankəndidə möhtəşəm prokurorluq binası açılıb:

“Milli Məclislə Baş prokurorluğun əməkdaşlığı da yüksək səviyyədə olub".

Komitə sədri K.Əliyevin prokurorluğa rəhbərlik etdiyi dövrdə korrupsiyaya qarşı aparılan mübarizədən, digər işlərdən bəhs edib. Qarabağ separatçıları üzərində aparılan məhkəmə istintaqını prokurorluğun mükəmməl fəaliyyətinin bariz nümunəsi olaraq xatırladıb.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR