Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.
Musavat.com bildirir ki, iclasda çıxış edən deputat Razi Nurullayev “Fövqaladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı”nın təsis edilməsini dəstəkləyib: “Bunu fakt üzərində izah etmək istərdim. Güclü yağışlar Azərbaycanda ciddi fəsadlar törətdi. Hökumət, dövlətimiz sağ olsun ki, müəyyən addımlar atıldı və buna görə zəhməti keçən hər kəsə təşəkkür edirəm. Xüsusilə Daxili işlər nazirliyinin əməkdaşları, Fovqalade Hallar Nazirliyi gecə-gündüz çalışdılar və bunu mütləq vurğulamalıyam”.
Ardınca R.Nurullayev tənqidi fikirlər səsləndirib: “Bununla bərabər deməliyəm ki, bu gün də evi suyun içində qalan və qapısı döuyülməyən vətəndaşlar var. Təəssüflə deməliyəm ki, heç də aidiyyatı olan dövlət qurumları işinin öhdəsindən gəlməyib, zamanında ciddi həyacan qiqnalı da verməyiblər. Buradan Fövqəlhadə Hallar Nazirliyinə təşəkkürümü bildirmək istəyirəm. Cənab nazirə, müavinlərinə, bütün kollektivə “sağ ol” deyirəm. Yalnız onlar telefon zənglərimə cavab verib operativ qərar qəbul etdilər. Gözümüzün qabağında insanları xilas etdilər, neçə günlər xidməti maşınlarda gecələdilər. Amma, aidiyyatı olan orqanların bir çoxunun laqeydliyinin şahidi olduq. Çox təəssüf. Amma, bilsinlər ki, onlar parlamentdə olan zaman çətin suallarla üzləşməli olacaqlar. Hər bir dövlət qurumu üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir. Bir daha FHN-nin bütün kollektivinə dərin təşəkkürümü bildirirəm və əminəm ki, onlar ən yüksək medal və təltiflərə layiqdirlər”.
E.Paşasoy,
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ