Onlayn ictimai-siyasi qəzet
"Barselona"nın 17 yaşlı cinah futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının (ÇL) yarımfinalında "İnter"lə ilk oyunun 24-cü dəqiqəsində qol vurmaqla iki rekorda imza atıb.
Oxu.Az xəbər verir ki, gənc ispaniyalı ÇL-nin 1/8, 1/4 və 1/2 final mərhələlərində 20 yaşa qədər qol vuran ilk futbolçu olub.
Bundan başqa, Yamal turnirin tarixində yarımfinal mərhələsində qol vuran ən gənc futbolçu adını qazanıb ( 17 yaş 291 gün).
O, "Monako"nun heyətində qol vuran fransız futbolçu Kilian Mbappenin rekordunu (18 yaş 140) təzələyib.
Ümumilikdə ispaniyalı cari ÇL mövsümündə 12 matçda beş qol vurub və dörd məhsuldar ötürmə verib.
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ