İnsanlara hürriyət, millətlərə istiqlal!

“Almaniyada Azərbaycan ərazisində xarici ordunun olmamasına təəccüblənirlər” - Fərid Şəfiyev

Bakı Dövlət Universitetində “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda konfrans keçirilir.

Musavat.com xəbər verir ki, konfransın əvvəlində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli

“Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” mövzusunda çıxış edib. M.Məmmədli Konstitusiyanın əhəmiyyətindən danışıb, dövlətin idarə olunmasında hüquqi sənəd kimi vacibliyini vurğulayıb.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev isə Azərbaycanın apardığı uğurlu siyasətin bəzi aspektlərinə diqqət çəkib:

“Ötən gün Almaniyadan səfərdən döndüm. Ordada Azərbaycan ərazisində xarici ordunun olmamasına təəccüblənirlər. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində biz buna nail olduq. Birinci Qarabağ müharibəsində üçüncü dövlətin münaqişəyə müdaxilə etməsi faktoru prezidentimizin siyasəti sayəsində aradan qaldırıldı.

Daxili sabitlik, hakikiyyətin möhkəmlənməsi faktorlarını da gözardı etmək olmaz”, deyə F.Şəfiyev əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR