İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail əsgərləri alovların arasında qaldı - ANBAAN VİDEO

İsrailin Qüds şəhərinin beş fərqli bölgəsində başlayan meşə yanğınları nəzarətdən çıxıb.

Musavat.com xəbəər verir ki, güclü küləyin təsiri ilə sürətlə yayılan alovlar geniş əraziləri əhatə edib.

Qüds ilə Təl-Əviv arasındakı magistral yol yanğın səbəbilə nəqliyyat üçün bağlanıb. Bu ərazidə dörd avtomobil yanaraq yararsız hala düşüb. Bəzi sürücülər həyatlarını xilas etmək üçün nəqliyyat vasitələrini tərk edərək ərazidən piyada qaçıblar. Yolda qapalı vəziyyətdə qalan şəxslər isə xilasetmə qrupları tərəfindən təxliyyə olunub.

Alovun sürətlə yayılması nəticəsində yanğın İsrailin hərbi bazasına da çatıb. Hərbi hissədə olan əsgərlər alovların arasında köməksiz vəziyyətdə qalıblar və təcili yardım çağırıblar. Bu dəhşətli anlar mobil telefon kameraları ilə qeydə alınıb və sosial mediada yayılıb.

İsrailin xarici işlər naziri Gideon Saar vəziyyətin ciddiliyini nəzərə alaraq Cənubi Kipr, Xorvatiya, İtaliya və Yunanıstandan yardım istəyib.

Meşə yanğınları xüsusilə Beyt Şemeş və Qüds ətrafında ciddi fəsadlar törədib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR