Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Hikmət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Hikmət Muxtarov ağır söyüşlərə görə otaq yoldaşını qətlə yetirib. Məhkəmədə ifadə verən Hikmət Muxtarov bildirib ki, həmin axşam kafedə tanışları ilə pivə içiblər. Onlardan ikisi sağollaşıb getdikdən sonra Ülvi Qasımovla kirayədə qaldıqları mənzilə qalxıblar. Orada aralarında yaranan mübahisə zamanı, Ülvi ünvanına ağır söyüşlər söyüb. Dəfələrlə ona xəbərdarlıq edib ki, nalayiq ifadələr işlətməsin. Bundan sonra, üzərinə bıçaqla gələn otaq yoldaşının əlindən mətbəx bıçağını alıb və ona 4 dəfə zərbə endirib. Zərbələrdən üçünü qarnına, axırıncını isə ürəyinə vurub. Bundan sonra o, Ülvi Qasımovun meyitinin fotosunu çəkib qardaşına göndərib.
Prosesdə mərhum Ülvi Qasımovun əmisi oğlu Hikmət Muxtarova qanuna müvafiq cəza təyin edilməsini istəyib.
Qanlı olay 2024-cü il avqustun 4-ü gecə saat 1 radələrində Əliyar Əliyev küçəsindəki evlərdən birində qeydə alınıb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə) maddəsi ilə cinayəıt işi başlanıb. Hikmət Muxtarov Nərimanov Rayon Polis İdarəsini 17-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hazırda məhkəmə prosesi davam edir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ